“Təşviqat mərhələsində Mətbuat Şurası KİV- lərin monitorinqini aparacaq”.
Eurasia Diary xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyası zamanı deyib.
O, bildirib ki, qurumun “Qaynar Xətti” fəaliyyət göstərəcək:
“Həmçinin seçki günündə qurumun üzvləri müşahidəçi qismində müxtəlif dairələrdə olacaqlar. Onlar jurnalistlərin fəaliyyətinə yaradılmış şəraiti müşahidə edəcəklər”.