Uşaqlara görə verilən müavinət artırılacaq | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


Uşaqlara görə verilən müavinət artırılacaq

Cəmiyyət A- A A+

Azərbaycanda üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlər görüləcək.

"EDNews" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum uşağın 3 (üç) yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqədi ilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi öhdəliyini götürüb.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...