Vətən müharibəsində AzTU-nun 240-dan çox tələbə və məzunu iştirak edib

Cəmiyyət 16:01 28.09.2021

Azərbaycan Texniki Universitetində (AzTU) 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

EDNews.net-in xəbərinə görə, Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rektor Vilayət Vəliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bütün dünyaya Azərbaycan Ordusunun gücünü nümayiş etdirib. Bu müharibə həm də düşmən üzərində müasir texnika və texnologiyalardan istifadə etməklə də qələbə qazanmağın mümkünlüyünü sübut edib. Rektor qələbənin qazanılmasında AzTU-nun 240-dan çox tələbə və məzununun da iştirakının qürurverici olduğunu qeyd edib. Bildirib ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb. Azərbaycan bayrağını işğaldan azad olunmuş Suqovuşanda dalğalandıran əsgər İlkin Fərzəliyev də AzTU-nun məzunu olub.

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, AzTU-nun prorektoru Çetin Elmas Azərbaycan xalqının 44 günlük müharibədə dəmir yumruq kimi birləşdiyini xüsusi qeyd ediblər.

Bildirilib ki, 44 günlük müharibə Azərbaycan gənclərinin Vətən sevgisinin böyüklüyünü nümayiş etdirib. Düşmənin “yenilməz Ermənistan ordusu” barədə yaratdığı miflər “Dəmir yumruq” hərbi əməliyyatı zamanı 44 gün ərzində məhv edilib.

Qeyd olunub ki, vaxtilə işğal altında olan torpaqlarımızda tarixi Qələbədən sonra həyat canlanıb.

Çıxışlardan sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir Anım Gününə həsr olunan şeirlər və tələbələrin ifasında təqdim olunan “Xudayar təsnifi” ilə başa çatıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Hamısı