Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb

Cəmiyyət 17:47 11.10.2021

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

EDNews.net xəbər verir ki, Fərmana əsasən, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsinin, radiospektr idarəçiliyinin, rabitə və informasiya texnologiyalarının inkişafının, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsinin və sağlam rəqabət mühitinin formalaşdırılmasının, beləliklə də qeyd olunan sahələrdə keyfiyyətin artırılmasının, innovativliyin, investisiya cəlbediciliyinin və istehlakçıların maraqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.

Müəyyən edilib ki,

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir;

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir;

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumların hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır;

bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin İdarə Heyətinin sədrini və müavinlərini Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir;

bu Fərmanın 5.7-ci bəndi nəzərə alınmaqla, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir;

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

idarəetmə orqanlarının yaradılması;

yenidən təşkili və ləğvi;

Nazirliyə:

bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yaradılması, habelə rəqəmsallaşma, innovasiyalar, yüksək texnologiyalar və rabitə sahələrinin inkişafı ilə əlaqədar normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Fərmanın 5.3-cü bəndində nəzərdə tutulan Nümunəvi Əsasnaməyə uyğunlaşdırılması məqsədilə altı ay müddətində zəruri tədbirlər görməli, Nazirliyin təklifləri nəzərə alınmaqla, sabit genişzolaqlı şəbəkədən istifadə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakının Azərbaycan Respublikasının regionları üzrə genişləndirilməsi və istehlakçıların genişzolaqlı internetlə təmin olunması istiqamətində zəruri tədbirlər görməli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumların balansında olan əmlakın Agentliyin balansına verilməsi üçün tədbirlər görməli, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı tədbirlər görməli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görməli, dövlət qeydiyyatına alındığı gündən bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin maddi-texniki təminat məsələlərini bir ay müddətində həll etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

6. Nazirlik bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar öz fəaliyyətini davam etdirməlidirlər.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

ABŞ Sudana qarşı sanksiyalar tətbiq edəcək
12:46 23.05.2025
Məleykə Abbasova buraxılış imtahanın nəticələrindən danışdı
11:31 23.05.2025
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
11:05 23.05.2025
Hojlund "Fənərbaxça"ya gəlir?
11:01 23.05.2025
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib
11:01 23.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
10:03 23.05.2025
Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb -FAKTLAR
10:00 23.05.2025
Muslera "Qalatasaray"-dan gedir
09:35 23.05.2025
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
09:16 23.05.2025
ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
08:36 23.05.2025
Bakı Qlobal Şəhərlər indeksində 58 pillə irəlilədi
07:51 23.05.2025
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb
07:09 23.05.2025
“Forbes” Rusiyanın ən zəngin varislərinin adlarını açıqlayıb
05:43 23.05.2025
Avropa Liqasının "ən yaxşı"-sı müəyyənləşdi
01:54 23.05.2025
Böyrək xərçənginin yeni simptomları açıqlanıb
01:04 23.05.2025
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
00:29 23.05.2025
Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub
00:02 23.05.2025
Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
İ.Əliyev: Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib
12:43 21.05.2025
Kuba Prezidenti İlham Əliyevi təbrik edib
12:36 21.05.2025
Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
12:31 21.05.2025
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
12:25 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir
12:18 21.05.2025
İlham Əliyev: Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir
12:13 21.05.2025
Sabah 29 dərəcə isti olacaq
12:07 21.05.2025
Prezident: ''Ermənistan Qərbi azərbaycanlıların yurdlarına qayıda bilmələri ilə bağlı mövqe ifadə etməlidir''
12:03 21.05.2025
Lavrov: Rusiya və Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı tərəfdir
11:57 21.05.2025
IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
11:53 21.05.2025
Prezident: Qərbi azərbaycanlıların Ermənistandakı torpaqlarına qayıdışının təmini sülh üçün vacib faktordur
11:42 21.05.2025
Elm və təhsil naziri türkiyəli həmkarı ilə görüşüb
11:35 21.05.2025
Hamısı