Azərbaycan dilində danşan, vaxtilə Binəqədidə yaşayan, "Qarabağ Azərbaycandır" deyən erməni - Anam, bacım hələ də Bakıdadır... - VİDEO - ednews.net

27 Noyabr, Şənbə

Azərbaycan dilində danşan, vaxtilə Binəqədidə yaşayan, "Qarabağ Azərbaycandır" deyən erməni - Anam, bacım hələ də Bakıdadır... - VİDEO

Cəmiyyət A- A A+

Erməni bloger Arsen Akopyan Bakıda anadan olan bir erməni ilə azərbaycanlı bloger Kamran Razmovarın dialoqunun görüntülərini paylaşıb.

EDNews.net xəbər verir ki, söhbət zamanı erməni olduğu deyilən şəxs Bakıda anadan olduğunu və 2001-ci ildə Ukraynanın Xarkov şəhərinə köçdüyünü deyib.

Söhbət zamanı erməninin Azərbaycan dilini yüksək səviyyədə bildiyi də üzə çıxır. O, K.Razmovarın 2001-ci ilə qədər Azərbaycanda yaşaması ilə bağlı təəccübünə rəğmən, hətta hazırda bacısı və anasının Bakıda yaşadığını bildirib.

K.Razmovarın “test üçün” səsləndirdiyi şüara isə erməni belə cavab verib: “Qarabağ əlbəttə Azərbaycandır!”

Söhbətin videosunu təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...