Qarabağa səfər edən avtobusların biletlərinin qiymətləri açıqlanıb - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Qarabağa səfər edən avtobusların biletlərinin qiymətləri açıqlanıb

Cəmiyyət A- A A+

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarına biletlərin qiymətləri açıqlanıb.

EDNews.net-in məlumatına görə, belə ki, 24 yanvar tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Baki-Şuşa-Bakı biletinin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı – 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) – 7 manat, Bərdə-Ağdam-Bərdə (express) – 5 manat, Fizuli BHL – Şuşa BHL (express) biletinin qiyməti isə 6 manat təşkil edəcək.

Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...