Mənim Şuşa həsrətim yox, Şuşa yaram var idi! Günel Gözəlova yazır...

Cəmiyyət 13:05 24.01.2022

Mən jurnalistəm. Doğulanda jurnalist doğulub, ölənəcən jurnalist kimi yaşayanlardan. Bu cümlə ilə boşuna başlamadım yazıma. İllərdir bu sahədə olan qarabağlı həmkarlarımın qəlbinə erməninin saldığı yuva, torpaq, əzizlərinin qətli, yarım qalan uşaqlıqlarının miskin xatirələrini bölüşə-bölüşə, peşə fəaliyyətim səbəbindən isə erməni canilərinin etdiklərini görə, yaza, bütün dünyaya məcburiyyətdən doğan səbrlə, ancaq ürək yanğısı ilə efirdən çatdıra-çatdıra Qarabağ bir başqa yara oldu ürəyimdə. O yara ki, 30 il idi, hər il dəfələrlə qaysaqlanıb, yenidən qanayıb, daha dərin iz qoyurdu.  

Mənim Şuşa həsrətim yox, Şuşa yaram var idi

Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusunu həsrət sözü ilə ifadə edirik, elə deyilmi?! Mənim Şuşa, Xocalı, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Xocalı, Qarabağ həsrətim necə olaydı?!  Görməmişdim, mən böyüməyə, vətənimi gəzməyə başlayanda viran qoyub, mənim xalqımın, atalarımın, babalarımın tarixi torpaqlarını zor gücünə zəbt etmişdi ermənilər. Həsrətini də çəkə bilmirdim. 

Şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan 

Mən də öz torpaqlarından ermənilərin didərgin saldığı bacı və qardaşlarım ilə müqaisəyə gələcək qədər olmasa da, doğulub böyüdüyüm Bakıda uşaq ola bilmədim. Buna imkan vermədi ermənilər. 20 Yanvar hadisələrində 8 yaşım var idi, qan iyini sinəmə çəkdim Qanlı Yanvar gecəsinin izləri olan məhəlləmizdə. Atama “Şamaxinka” dediyimiz əraziyə getməsin, rus əsgəri onu da öldürməsin deyə anam yalvaranda, 20 Yanvarda Larisanı öldürənlərə fəryad edərək Bəxtiyar Vahabzadənin Larisa şerini ağlaya-ağlaya məktəbli balaca qızcığaz kimi 20 Yanvar şəhidlərinin anim mərasimində deyəndə bir anda böyüdüm, “Qarabağın hər qarışı viran qoyuldu, körpələri də doğrayırlar, meyitləri yandırırlar, körpələrin gözlərini çıxardırlar”-deyə qonşularımız fəryad eyləyəndə, “Xocalıda hamını qırdılar ermənilər”- deyə hönkür-hönkür qonşu qadınlar yığışıb ağlaşanda böyüdüm, sonra 30 il boyu şəhid xəbərləri ala-ala böyüyərək, həm də kiçilirdim utancımdan. Mən məğlub xalqın tez böyüyərək kiçilən nümayəndəsi idim...

Həsrətin çəkə bilmirdim ki Şuşanın...görməmişdim
 
Mən balaca idim, Şuşa dərdi düşəndə qəlbimə. Sevdim, Şuşanı heç görmədən, vuruldum. O sevdirdi mənə, Şuşalı dostum. İndi o yoxdur, ancaq Şuşa var. O mənə Şuşanı iliyiməcən sevdirmişdi. Şuşaya aparacam səni, mən aparacam deyəndə həmişə qəmli gözlərinin dərinliyində bir işıq görürdüm. O gətirmədi, ancaq mən gələ bildim. Mən bugündən artıq Şuşanı bir daha görüm deyə həsrətindən yenidən qayıtmaq üçün tələsəcəm. Şuşa dərdim deyil mənim artıq. İllərlə böyüyə-böyüyə kiçilmişdim. Bir günə 30 ilə kiçilən insan nə qədər ucadan uca olarmış. Mən artıq qalib xalqın uşaq ikən böyüyən, ancaq şəhid qanı ilə zirvələri fəth edən, yüksələn bir vətənin övladıyam!

Günel Gözəlova, Şuşa


Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Hamısı