Bakıda kütləvi zəhərlənmə qeydə alınıb.
Ednews xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketdə baş verib.
Mağazada 15 yaxın şəxs zəhərlənib və təcili olaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Toksikologiyanın baş həkimi Azər Maqsudov Ednews- a bildirib ki, zəhərlənmə propan qazından baş verib.
"Supermarketin yuxarısında tavan təmiri zamanı propan qazı istifadə edilib. Bu da zəhərlənməyə səbəb olub.
Hazırda zərər çəkən şəxslər ambulator müalicə üçün artıq evə buraxılıb".
Aliyə İlyas