700 bal yığan Nigara Türkiyədən rektor zəng vurdu - VİDEO - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

700 bal yığan Nigara Türkiyədən rektor zəng vurdu - VİDEO

Cəmiyyət A- A A+

Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Nigar Ağazadənin təhsilini Türkiyədə davam etdirəcəyi barədə xəbər vermişdik. 

Nigarın qəbul olunduğu Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar gələcək tələbəyə zəng edərək ürək sözlərini bildirib.

Ednews xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

“Çox yaxşı bir təhsil müəssisəsini seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən gözəl şəkildə təhsil almağın üçün əlimizdən nə gəlirsə, maddi və mənəvi, hər cür dəstək olacağıq”, - Ünüvar qeyd edib.

Rektor N. Ağazadənin anasına müraciət edərək “qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın” deyib.

Nigar Ağazadə də universitetə qəbul olduğuna görə çox xoşbəxt olduğunu, yeni tədris ilinin başlanmasını həyəcanla gözləyədiyini deyib.

Həmin görüntüləri təqdim edirik:

qafqazinfo.az



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...