Tanınmış ilahiyyatçı Samir Salam da Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb.
Ednews lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında daha bir neçə tanınmış ilahiyyatçı da var.
Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.
Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş daha bir şəbəkə ifşa edilib.