“Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşıb”.
Bununla bağlı Ednews-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Aygün Bəylərin cənazəsini gətirən təyyarə yaxın saatlarda xüsusi reyslə Ankaradan Bakıya yola düşəcək:
“Vida və dəfn məsələlərinə Bakıya çatdıqdan sonra əlavə məlumat veriləcək. Təyyarə Türkiyə vaxtı ilə saat 14:00-da Bakıya yola düşəcək”.
Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.
Aynurə İsmayıl