Birinci Qarabağ müharibəsində düşmənə əsir düşən, “Oğul” filminin çəkilişlərindən sonra adını daha çox duyduğumuz qəhrəman əsgərimiz Natiq Qasımovun Çexiyada yaşayan əmisi oğlu Çingiz Qasımov onun axtarışları barədə geniş məlumat verib.
Ednews xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramına Praqada müsahibə verən Çingiz Qasımov əmisi oğlu,
həm də uşaqlıq dostu Natiqlə bağlı maraqlı xatirələrini danışıb.
Ç.Qasımovun müsahibəsində həmçinin əmisi oğlunun naməlum taleyi ilə bağlı uzun illər araşdırma aparması, onun haqqında məlumatlı olan xaricilərlə görüşməsi
də yer alıb.
Tamaşaçıların marağına səbəb olan “Vətən uzaqda deyil” proqramını aşağıdakı linkdən izləmək olar: