Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzi açılacaq.
Ednews xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
Minaların təmizlənməsi ilə bağlı xüsusi mükəmməllik mərkəzi açılacaq. Bundan başqa, insanların iş imkanlarının genişləndirilməsinə dair təlim, bilik və bacarıqların bölüşdürülməsi üçün təhsil mərkəzləri yaradılacaq”.
“Qanunun aliliyi və eyni zamanda, hüquq və azadlıqları əhatə edən portfelimiz də var. Ümumiyyətlə, biz 135 ölkə ilə əlaqəli fəaliyyət göstəririk. Məhz Naxçıvanda təşkil edilən iqlim dəyişikliyi ilə bağlı tədbir də qanunun aliliyi, həmçinin hüquq və azadlıqların təmin olunmasını nəzərdə tutan portfelimizə əsasən keçirilir”, - A.Rokkasalvo vurğulayıb.