Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak məqsədilə 25 siyasi partiya müraciət edib.
Ednews xəbər xəbər ki, bu açıqlamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında verib.
O vurğulayıb ki, indiyədək 23 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq MSK-da qeydiyyatdan keçib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.