Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Ednews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Xatırladaq ki, yanğın iyulun 31-də başlayıb. "Maritime Logistics Inc." şirkətinə məxsus olduğu deyilən gəmidə hadisə zamanı xəsarət alanların olmadığı, heyətin təxliyə edildiyi deyilir.