Azərbaycan QHT-ləri Adam Şiffə açıq məktub yazıb

Cəmiyyət 15:10 30.10.2024

ABŞ Konqresinin Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüsləri Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri hiddətlə qarşılayıb. Bir qrup Azərbaycan QHT-si “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffə açıq məktubla müraciət edib.

EDnews müraciəti təqdim edir:


"Cənab Adam Şiff, biz, bu məktubla Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yerləşən öz evlərimizdən məcburi köçkün düşmüş əhali olaraq, “2024-cü il Artsax Gəlirlərinin Bərpası Aktı” təşəbbüsünüzü pisləyirik. Tələsik hazırlanmış bu qanun layihəsi ayrı-seçkilik xarakteri daşıyır, birtərəfli və konteksdən çıxarılmış məlumatlara söykənir ki, bu da bir qrup insanların acı taleyinə və iztirablarına tamamilə məhəl qoyulmaması və digər qrupa üstünlük verilməsi deməkdir. Biz başa düşürük ki, Azərbaycana qarşı ayrı-seçkilik etməyinizin əsas səbəbi etnik və dini simpatiyadır. Əgər bu təşəbbüs dəstəklənərsə, belə bir sənəd insan hüquqlarının və beynəlxalq hüququn pozulması olacaq və bu da qeyri-sabitliyə, insanların iztirab çəkməsinə və ABŞ-ın regional roluna xələl gətirəcək.

Bu baxımdan, seçilmiş nümayəndənin ictimai maraqlara xidmət etmək əvəzinə müəyyən bir lobbi ilə bağlı şəxsi maraqlar naminə belə bir təşəbbüs irəli sürdüyünü görmək utancvericidir. Bütün bunlar ABŞ-ın müdafiə etdiyi ümumbəşəri dəyərlərə və prinsiplərə xələl gətirir. Biz, Ermənistanın həyata keçirdiyi qeyri-qanuni işğal və etnik təmizləmə nəticəsində həyatımızın çox hissəsini məcburi köçkünlük və məhrumiyyətlər içində keçirmiş insanlar kimi geri qayıtmaq hüququnun çox əhəmiyyətli olduğunu və imperativ mahiyyətini dərk edirik. Bu hüquq etnik və dini mənsubiyyətindən asılı olmayaraq fundamental insan hüquqlarının bir hissəsi hesab edilir.

2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın Qarabağ bölgəsinə səfər edən BMT missiyası (komandası) bəyan edib ki, “onlar mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini infrastruktura heç bir ziyan qeydə almadıyıblar” və “onlar istər yerli əhalidən, istərsə də başqalarından sonuncu atəşkəsdən sonra mülki şəxslərə qarşı zorakılıq halları ilə bağlı hər hansı məlumata rast gəlməyiblər” (https://press.un.org/en/2023/db231002.doc.htm).

Erməni lobbi qruplarına istinad edərək, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna diskriminativ yanaşmanız əxlaqi dəyərlərin təhqir edilməsidir. 750 min azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırıma məruz qaldığı və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edildiyi vaxtda siz tamamilə susdunuz. Ermənistanın yerləşdirdiyi minalar geri qayıtmaq hüququndan istifadə edən günahsız mülki insanları öldürməkdə və şikəst etməkdə davam etdiyi bir vaxtda siz yenə də susursunuz.

Biz Azərbaycan hökumətinə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzdan istifadə etməyə zəmin yaratdığına, Ermənistanın qanunsuz işğalına son qoyduğuna görə minnətdarıq. Biz inanırıq ki, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri müharibənin qalıqlarını aradan qaldıracaq və Ermənistanın qanunsuz işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş bütün insanların firavanlığını təmin edəcəkdir. Dəyişmək, əxlaqi cəhətdən güclü olmaq, ayrı-seçkiliyə yol verməyən, ədalətli mövqe sərgiləmək heç vaxt gec deyil. Anlayırıq ki, bu, cəsarət və mənəvi güc tələb edir. Ancaq siz şəxsi deyil, ABŞ-ın maraqlarını, Ermənistan və Azərbaycan xalqlarının uzun müddətdir ki, layiq olduğu sülh və rifahı daha üstün tutsanız, bu, tələsik, düşünülməmiş hazırlanan və ayrı-seçkilik xarakteri daşıyan qanun layihəsini ləğv edə bilərsiniz. Əks halda, indiki yanaşmanız nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarına fayda verməyəcək, həmçinin mühüm əhəmiyyət kəsb edən regionda ABŞ-ın maraqlarına böyük zərbə vuracaq".

Hörmətlə,

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi

Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi

Əziz Ələkbərli – “Qərbi Azərbaycan İcması”

Hafiz Səfixanov - "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi

Leyla Hüseynova - "Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi

Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi

Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyi

Rey Kərimoğlu - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi

Ayşən Hüseynova – “Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi

Zaur İbrahimli – “Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyi

İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi

Umud Mirzəyev – “Beynəlxalq Avrasiya Mətbuat Fondu”

 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Tramp Rusiyaya 50 gün vaxt verdi
23:57 14.07.2025
Tramp və Rutte arasında görüş başlayıb
23:25 14.07.2025
Aİ-dən ABŞ-yə ixracatın 70 faizinə əlavə rüsumlar tətbiq olunur
22:51 14.07.2025
BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə dair təlim proqramı yekunlaşıb – QHT-lər üçün
22:08 14.07.2025
Panama sahillərində güclü zəlzələ olub
21:38 14.07.2025
ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
21:09 14.07.2025
Yuliya Sviridenkoya Ukrayna hökumətinin rəhbəri olmaq təklif olundu
20:41 14.07.2025
Çimərliyə ildırım düşdü
20:09 14.07.2025
Tiktoker ev dustaqlığına buraxıldı
19:36 14.07.2025
"Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir"
19:07 14.07.2025
ABŞ-İran danışıqları nə vaxt bərpa ediləcək?
18:37 14.07.2025
Şəhidlər məscidinin imamı fırıldaqla üzləşdi
18:07 14.07.2025
Mühafizə zonalarına nəzarət mexanizmləri təkmilləşdiriləcək
17:52 14.07.2025
"NATO Moldovanı Moskva ilə müharibəyə hazırlayır"
17:37 14.07.2025
Azərbaycanda iki yeni milli park yaradıldı
17:22 14.07.2025
İdmançı öküz hücumuna məruz qaldı
17:07 14.07.2025
Araz çayında batan şəxsin şəxsiyyəti müəyyən olunub -YENİLƏNİB
16:58 14.07.2025
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı vəziyyəti müzakirə etdi
16:35 14.07.2025
Köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatdı
16:35 14.07.2025
Makedoniyalı İsgəndərin ölüm səbəbi bağlı yeni iddia ortaya çıxdı
16:22 14.07.2025
Dövlət içində dövlət: Yeni Kaledoniya Fransa sistemini dəyişir -Analitik Baxış
16:07 14.07.2025
İclas bitdi, deputatlar tətilə buraxıldı
15:52 14.07.2025
Rusiya Qafqazı niyə itirir? -Analitik Baxış
15:37 14.07.2025
Paşinyan Makronu altıncı dəfə Ermənistana dəvət etdi
15:22 14.07.2025
“Fud Siti”yə basqın gözlənilir
15:07 14.07.2025
Prostat xərçəngi necə yaranır?
14:53 14.07.2025
Vağzallar kassasız işləyəcək
14:38 14.07.2025
DTX vətəndaşların şəxsi məlumatlarını satan dəstəni ifşa etdi
14:23 14.07.2025
Paşinyan Brüsselə getdi
14:09 14.07.2025
“Putin gündüz xoş danışır, axşam isə...” -Donald Tramp
13:54 14.07.2025
Suriyada etnik zəmində toqquşma baş verib -onlarla ölən var
13:39 14.07.2025
Aİ ABŞ-yə qarşı cavab tarifləri hazırlayır
13:24 14.07.2025
Ukraynada hərbi vəziyyətin müddəti uzadılacaq
13:09 14.07.2025
Şəhərsalma və tikinti prosedurları sadələşdirildi
12:54 14.07.2025
Təminat Fonduna yeni səlahiyyət verildi
12:39 14.07.2025
Mediada saxta məlumatlara qarşı yeni normaları təsdiqləndi
12:24 14.07.2025
Milli Məclis informasiya agentliklərinə dair yeni tələbləri qəbul etdi
12:09 14.07.2025
"İşimizi müzakirə edənlər elə bil paralel həyatda yaşayır"
11:54 14.07.2025
Çelsi dünya çempionluğundan nə qədər qazandı?
11:39 14.07.2025
Bu il Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 900-dən çox şübhəli saxlanılıb
11:24 14.07.2025
Hamısı