8 noyabr - Zəfər Günüdür

Cəmiyyət 09:00 08.11.2024

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynamışdır. Bu hərbi uğurlar Ermənistanın kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü adıyla təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

EDnews redaksiyası  Azərbaycan Xalqının bu gözəl gün münasibətilə təbrik edir. Zəfərimiz əbədi olsun!

 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
21:10 15.07.2025
50 gün sonra nə olacaq? -Analitik Baxış
20:40 15.07.2025
ABŞ-də qeyri-qanuni miqrantlar girov hüququndan məhrum ediləcək
20:12 15.07.2025
Braziliya prezidenti ABŞ-nin rüsumlarına cavab üçün xüsusi komitə yaradıb
19:57 15.07.2025
Ukrayna Ottava konvensiyasından çıxdı
19:42 15.07.2025
Xainliklə gələn gecənin, xalqla açılan səhəri Şahlar Ruhi 15 İyul hadisələri haqqında yazır...
19:27 15.07.2025
Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv olundu
19:12 15.07.2025
Netanyahu druzları qorumaq üçün Suriya qüvvələrini hədəf almağı tapşırıb
18:57 15.07.2025
İraqdakı neft yatağında güclü partlayış baş verib
18:40 15.07.2025
"ABŞ və İsrailə qarşı düşmənçilik Tehrana fəlakətdən başqa heç bir şey gətirmədi"
18:25 15.07.2025
Yaponiya Tokto adasını istəyir, Cənubi Koreya etiraz edir
18:10 15.07.2025
Ukraynanın baş naziri istefa verdi
17:57 15.07.2025
İkardinin hərəkətləri "Qalatasaray"ı qəzəbləndirib
17:55 15.07.2025
"Kallas üzr istəmək əvəzinə, hakimləri təhdid edir"
17:40 15.07.2025
Qurbanqulu Berdıməhəmmədov Qarabağa gələcək
17:25 15.07.2025
ABŞ Zəngəzur Dəhlizinə girə bilərmi? -Analitik Baxış
17:10 15.07.2025
Los-Anceles Olimpiadasının tam cədvəli açıqlandı
16:55 15.07.2025
"Deputat da insandır,əsəbi ola bilər"
16:40 15.07.2025
İsrail Suriyaya zərbələr endirir
16:25 15.07.2025
"Bu ay ərzində Ağdamın Xıdırlı kəndinə köç təmin ediləcək"
16:10 15.07.2025
Latviyanın Baş naziri Ukraynada səfərdədir
15:55 15.07.2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
15:40 15.07.2025
İsrail "Hizbullah"ın obyektlərinə zərbələr endirir
15:25 15.07.2025
Harri Potter haqqında yeni serial çəkiləcək
15:10 15.07.2025
Böyük Britaniya və Çexiya nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
14:55 15.07.2025
ABŞ yeni raketlərin seriyalı istehsalına başladı
14:40 15.07.2025
Nyu-York və Nyu-Cersi daşqınlar baş verib
14:25 15.07.2025
"Paşinyan Vardanyanın məktubunu Trampa çatdırmaqdan imtina edib"
14:10 15.07.2025
Cəlilabadda meşədə yanğın başlayıb
14:07 15.07.2025
" HPV peyvəndinin Azərbaycanda tətbiq edilməsi ilə bağlı müzakirələr aparırıq"
13:55 15.07.2025
"Ağdam, Füzuli və Xocavənd rayonlarının 29,54 faizi mina və PHS-lərdən təmizlənib"
13:40 15.07.2025
Rusiya və İran XİN rəhbərləri Çində görüşdü
13:25 15.07.2025
UNO-lar 10 nüvə başlığını sıradan çıxarıb?
13:10 15.07.2025
İranın Məşhəd şəhərinin hava limanı yaxınlığında güclü partlayış olub
13:01 15.07.2025
Filippin sahilində güclü zəlzələ baş verib
12:55 15.07.2025
Rusiyada azərbaycanlı sahibkarlar saxlanıldı
12:39 15.07.2025
"Qazaxıstanın “OPEC+” sazişindən çıxmaq fikrimiz yoxdur"
12:24 15.07.2025
Bakı-Moskva münasibətləri buna görə gərginləşib
12:09 15.07.2025
" Konstitusiya — hüquqi dövlətin bünövrəsidir, suverenlik isə dövlətin varlığının və milli iradəsinin təcəssümüdür” -Umud Mirzəyev
12:03 15.07.2025
Tramp Putinə olan etibarını itirib
11:54 15.07.2025
Hamısı