Vuk Ji Çanq BAMF ofisini ziyarət etdi

Cəmiyyət 17:59 14.11.2024

Bu gün BMT-nin  QHT-lər üzrə Şöbəsinin rəhbəri Vuk Ji Çanq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib..BMT-nin yüksək çinli rəsmisini  qarşılayan Umud Mirzəyev onu BAMF-ın yarandığı gündən bəri  həyata keçirdiyi layihələrlə, konflikt bölgələrinə təşkil etdiyi jurnalist səfərləri ilə, BAMF-ın hazırladığı filmlərlə tanış edib. Tanışlıqdan sonra Umud Mirzəyevin təşkilatçılığı ilə ofisin konfrans zalında V.J.Çanq la Azərbaycan QHT sektorunun nümayəndələrinin görüşü baş tutub.

Əvvəlcə BAMF-ın prezidenti qonağını Azərbaycandakı QHT sektorunun vəziyyəti barədə məlumatlandırdı. Sektorun fəaliyyətindən və işıqlandırdığı, həll etmək üçün mübarizə apardığı problemlərdən, Qarabağ və ətraf rayonlarda aparılan quruculuq və minatəmizləmə işlərindən, “Böyük Qayıdış” planından danışan Mirzəyev vurğulayıb ki,  bu fəaliyyətlərin olduqca irimiqyaslı olmağına baxmayaraq, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanı demək olar ki, tək buraxıblar.

Azərbaycan dövlətinin yuxarıda qeyd olunan istiqamətlərdə səylərini birləşdirdiyi üçün QHT-lərə kifayət qədər maliyyə ayıra bilmədiyini vurğulayan Umud Mirzəyev Azərbaycan QHT-lərinin BMT-də kifayət qədər təmsil oluna bilməməsini də bu faktorla əlaqələndirib. Onun sözləri ilə desək, “QHT rəhbərlərinin Cenevrəyə bir səfəri onların 1 illik məvaciblərinə yaxın vəsait tələb edir”.

 BAMF-ın BMT ilə əməkdaşlığının tarixindən də  söz açan Mirzəyev qeyd etdi ki, BMT-nin keçmiş baş katibi V.J.Çanqın həmyerlisi Pan Ki Munun rəhbərliyi dövründə qurulan əlaqələrin güclənməsi Azərbaycan QHT-ləri ilə BMT münasibətləri  üçün mühüm mərhələ kimi yadda qalıb.  

Vuk Ji Çanqın maraqla dinlədiyi çıxışlarda bir çox  yerli və regional mövzulara diqqət yetirildi. “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın sədri Sahib Məmmədov Azərbaycan QHT-lərinin maliyyə çətinliklərini təsvir edərək, bu sahədə daha həssas yanaşmaların vacibliyini vurğuladı. Ardınca, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə  Cənubi Qafqazda Azərbaycan QHT-lərinin maliyyələşmədə geri qalması məsələsini gündəmə gətirdi və BMT-nin bu bölgədəki fəaliyyətlərə daha geniş dəstək verməsini istədi.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə isə çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən mina təmizləmə və yenidənqurma işlərindən, həmçinin “Böyük Qayıdış” planının əhəmiyyətindən danışdı. Mövcud vəziyyətdə Azərbaycan Dövlətinin QHT-lərə,QHT-lərinsə maliyyələşməyə ehtiyacı olduğunu vurğulayan Rzazadə BMT-nin bu prosesə daha aktiv qoşulmağını xahiş edib.

Çıxışların sonunda Vuk Ji Çanq, bu mühüm görüş üçün BAMF-a  və şəxsən Umud Mirzəyevə təşəkkür etdi, Vətəni Cənubi Koreyanın da mina problemi olduğunu qeyd edərək fondun mina əleyhinə gördüyü işləri yüksək qiymətləndirdi. O, Azərbaycanın beynəlxalq QHT şəbəkəsində daha fəal bir mövqedə olmasının vacibliyini qeyd edərək, maliyyə dəstəyi problemlərinin həlli üçün qlobal güclərin səylərinin artırılmasının vacibliyinə toxundu. Bu ziyarətin sonunda çəkilən xatirə fotoşəkli isə görüşün unudulmaz xatirəsi kimi yadda qaldı.

7e109756-0eba-4c51-99ed-b9db6b4fffcd.jpg

72b2dedc-9029-4934-806e-7838259a8066.jpg

b65958a3-afa8-4ed0-9a31-5315e5373e30.jpg

99c03072-fdfe-494e-8034-552c1d07bddb.jpg

76903b61-e621-4dc3-bbd7-cd0345b94d1e.jpg

af393e1a-620b-4fc1-83e9-27220d576945.jpg

Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açıb

Xəbər xətti

"Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
18:45 27.06.2025
Arxiyepiskop İstintaq Komitəsinə getdi
18:30 27.06.2025
Devid Bekhem əməliyyat olundu
18:15 27.06.2025
Rəqəmsal nəqliyyat bizə nə vəd edir?
18:08 27.06.2025
"Bizə yeni nəqliyyat dəhlizləri lazımdır"
17:45 27.06.2025
"Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
16:45 27.06.2025
İsrail "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib
15:15 27.06.2025
MEDİA və "Euronews"un keçirdiyi təlim proqramı yekunlaşdı
15:00 27.06.2025
Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açıb
14:45 27.06.2025
Kilsə və Rusiya tərəfdarları Paşinyana qarşı: Ermənistandakı xaos böyüyür
14:29 27.06.2025
Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdü
14:14 27.06.2025
ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Kosmos tarixində daha bir ilk:
09:17 27.06.2025
Zombi göbələyinin ən qədim nümunəsi aşkarlandı
09:12 27.06.2025
Tonqa sahilində güclü zəlzələ baş verib
09:02 27.06.2025
Şimali Koreyada yeni kurort açılacaq
08:44 27.06.2025
Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Hamısı