Uşaqlar sosial şəbəkələrdən UZAQLAŞDIRILIR – YENİ TƏLƏBLƏRİN MƏQSƏDİ

Uşaqlar sosial şəbəkələrdən <span class="text-danger">UZAQLAŞDIRILIR – YENİ TƏLƏBLƏRİN MƏQSƏDİ</span>

Qlobal texnologiya şirkətlərinə və sosial şəbəkə provayderlərinə qarşı Azərbaycanda irəli sürülən yeni tələblər rəqəmsal mühitdə xüsusilə azyaşlıların qorunmasına yönəlib.

Məsələ ilə bağlı rəqəmsal texnologiyalar üzrə ekspert Fərid Pərdəşünas EDnews-a açıqlamasında bildirib ki, qanun layihəsinin əsas məqsədi internetə çıxışı məhdudlaşdırmaq deyil, sosial şəbəkələrdən istifadəyə daha məsuliyyətli yanaşmanı təmin etməkdir.  

Rəqəmsal texnologiyalar üzrə ekspert Fərid Pərdəşünasın sözlərinə görə, müzakirə olunan qanun layihəsinin əsas məqsədi Azərbaycanda rəqəmsal mühitin daha təhlükəsiz və sağlam inkişafına töhfə verməkdir.

Ekspert qeyd edib ki, burada söhbət ümumi internet istifadəsinin məhdudlaşdırılmasından deyil, azyaşlıların sosial şəbəkələrdən istifadəsinin müəyyən qaydalar çərçivəsində tənzimlənməsindən gedir:

“Layihəyə əsasən, 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılır, 16–18 yaş aralığında olan yeniyetmələrin isə bu platformalardan yalnız valideyn razılığı əsasında istifadə etməsi nəzərdə tutulur”, – deyə o bildirib.

F.Pərdəşünasın sözlərinə görə, qanun layihəsində əsas məsuliyyət sosial şəbəkə platformalarının – Meta, Google, TikTok və digər texnologiya şirkətlərinin üzərinə düşür. Belə ki, bu platformalar istifadəçilərin yaşını müəyyən etmək üçün məcburi identifikasiya mexanizmləri tətbiq etməlidirlər:
“Bu proses e-mail, mobil nömrə və müəyyən hallarda digər təsdiqləmə vasitələri ilə həyata keçirilə bilər. Məqsəd istifadəçinin yaşını və platformadan istifadə hüququnu müəyyən etməkdir”, – ekspert bildirib.
O əlavə edib ki, layihədə sosial şəbəkə şirkətlərinin Azərbaycanda nümayəndəlik və ya rəsmi təmsilçilik mexanizminin yaradılması da nəzərdə tutulur.

“Bu yanaşma dövlət qurumlarının hüquqi pozuntu hallarında platformalarla birbaşa əlaqə qurmasına imkan yarada bilər. Rəsmi təmsilçilik mexanizmi məsuliyyətin bölüşdürülməsi baxımından vacib hesab olunur”, – deyə o vurğulayıb.

Ekspert hesab edir ki, təşəbbüsün müsbət tərəflərindən biri uşaqların sosial şəbəkələrdən həddindən artıq istifadəsinin qarşısının alınmasıdır. Bunun onların psixoloji və sosial inkişafına müsbət təsir göstərə biləcəyi düşünülür.

Bununla yanaşı, o qeyd edib ki, texniki baxımdan uşaqların sosial şəbəkələrdən tam şəkildə uzaqlaşdırılması praktik olaraq çətin məsələdir.

“Dünya təcrübəsi göstərir ki, müxtəlif məhdudiyyətlərə baxmayaraq, bəzi hallarda azyaşlılar valideynlərin məlumatlarından istifadə etməklə platformalara giriş əldə edə bilirlər. Buna görə də təkcə texniki məhdudiyyətlər deyil, maarifləndirmə və valideyn nəzarəti də vacib rol oynayır”, – ekspert bildirib.

Sonda Fərid Pərdəşünas vurğulayıb ki, dövlət üçün bu sahədə hüquqi çərçivənin formalaşdırılması vacibdir:

“Sabah hər hansı azyaşlının şəxsi görüntülərinin yayılması və ya rəqəmsal mühitdə təhlükə ilə üzləşməsi hallarında dövlət məhz qanunvericilik bazasına əsaslanaraq platformalardan tədbir görülməsini tələb edə bilər. Qanunun əsas əhəmiyyəti də məhz burada özünü göstərir”.

 

Əli Mehdili | EDnews

 

 

Xəbər xətti

Bakıda 11-ci sinif şagirdi hoteldə həyatını itirdi: Hadisə ilə bağlı araşdırma aparılır
01:04
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib
00:53
Kanada Bosniya və Herseqovina- hesab bərabərləşdi
00:45
85 milyon il əvvəl yaşamış sürünənin skeleti aşkarlandı - Fotolar
00:39
"Sadiqliyimizi təsdiqlədik"- HİKMƏT HACIYEVDƏN PAYLAŞIM
00:31
13.06.2026
Gizli məlumatları “TikTok”da paylaşan şəxs həbs olunub - FOTO
23:34
İran XİN ABŞ ilə saziş layihəsindən danışıb
23:24
DÇ-2026 oyunu başlayıb
23:14
Aİ bu iki ölkə ilə danışıqların başlamasını razılaşdırıb
22:44
Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasına MEDİA-DAN CAVAB
22:24
AZAL-ın təyyarələri Bakıya qayıdıb
21:54
Azərbaycanın vətəndaşları Suriyadan repatriasiya olunub
21:34
ADY-dən yay mövsümü ilə bağlı YENİLİK
21:14
Şahbaz Şərif: "ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılaşıblar" - YENİLƏNDİ
20:52
Fuat Oktay İlham Əliyevi təbrik edib
20:40
Rubio: "Ukraynadakı sülh ABŞ-Rusiya münasibətlərini daha konstruktiv edəcək"
20:16
“Heç vaxt bu qədər yaxın olmamışıq”
20:09
Milli komandamız finala vəsiqə qazandı
19:38
Prezidentdən aeroportlar haqda - Fərman
19:13
Azərbaycanın hərbi gəmiləri şərti düşmənin kəşfiyyat-diversiya qruplarını məhv edib
19:00
FTB agentlərindən YENİLİK
18:45
"Facebook" və "İnstagram"da yaranmış problem aradan qalxdı
18:39
Ölkə başçısı bu qaydanı təsdiqləyib
18:36
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanladı
18:30
Tramp DÇ-2026-dakı ilk oyunda iştirak edəcək?
18:11
"Facebook"un ardınca "İnstagram" da çökdü
17:59
TƏCİLİ! "Facebook” ÇÖKDÜ
17:45
Ceyhun Bayramov Slovakiyanın XİN rəsmisi ilə görüşdü
17:25
Şəlalədə çimən Lənkəran sakini batıb
17:15
"İranın nüvə silahı olmayacaq" - Netanyahu Açıqlayıb
17:05
“Atam heç vaxt VİTALİ ilə DOST OLMAYIB…” - Allahverdi Bağırovun qızı ilə MÜSAHİBƏ
16:54
Ukrayna ordusuna əcnəbi könüllülər cəlb olunacaq
16:35
TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edilib - RƏSMİ
16:25
FHN zələzələ ilə bağlı MƏLUMAT YAYDI
16:20
TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır - FOTO
16:15
Bakı Limanında quru yük aşırılması 77% artıb
16:03
Azərbaycanda güclü zəlzələ oldu - RƏSMİ
15:42
ABŞ-İran memorandumu bu tarixdə imzalanacaq
15:40
Serj Sarkisyan: “Sözlərimi manipulyasiya edənlər axmaqdır”
15:30
Xüsusi qabiliyyət imtahanlarına bu tarixdən start verilir
15:20
Məburi köçkünlərlə bağlı dəyişikliklər qəbul edildi
14:50
Beren Saat və Kənan Doğulu azad edildi
14:40
Psixoloqdan XƏBƏRDARLIQ: Yeniyetmələr NİYƏ AQRESSİVDİR?
14:30
Qaydalar sərtləşdirilir - BU ŞƏXSLƏR CƏRİMƏLƏNƏCƏKLƏR
14:10
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
14:06
Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsi təsdiqləndi
13:53
Azərbaycan millisi dünya reytinqində yüksək nəticə qazanıb
13:49
Dövlət büdcəsi ilə bağlı Qanun layihəsi qəbul edildi
13:32
Ermənistanda seçki qalmaqalı: Paşinyanın qələbəsinin ləğvi istənilir
13:31
Dəniz səfəri faciə ilə bitdi – Şüvəlanda faciə
13:27
Azərbaycan səhiyyəsində süni intellekt mərhələsi başlayıb – Nazirlikdən AÇIQLAMA
13:24
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
13:23
Parlamentdən İlham Əliyev və Mehriban Əliyevaya təbrik
13:20
İlham Əliyev Vladimir Putini təbrik etdi
13:09
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
12:56
"Bakıda məktəblər iş yerlərindən daha çox nəqliyyat sıxlığı yaradır" - Ekspert
12:51
Bu şəxslərin pensiyaları ödənilib
12:33
Masallıda 69 yaşlı qadın balta ilə öldürüldü
12:22
Medvedev Qərb liderlərini belə "doğradı" - FOTO
12:16
Azərbaycanda bu qədər insan piylənmədən əziyyət çəkir - ŞOK STATİSTİKA
11:46
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR