Bəlucistan əyalətinin Ziarat rayonunda (Pakistan) polis postuna hücum nəticəsində ikisi zabit olmaqla azı 9 polis həlak olub.
EDnews xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Pakistan mediası məlumat yayıb.
Ziarat dairəsinin komissar müavini Əbdül Qüdus Açakzay bunu terror aktı adlandırıb və bildirib ki, beş polisin yeri məlum deyil. Əraziyə əlavə qüvvələr cəlb olunub.
Pakistan Münaqişə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun məlumatına görə, iyun ayı ərzində bu əyalətdə terrorizmin səviyyəsinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunub. İyun ayında əyalətdə 49 hücum (may ayında 71 hücum) qeydə alınıb ki, bu da 31 % azalma deməkdir.






