Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” öz Twitter səhifəsində Ağdam klubunu tarixi nailiyyət münasibəti ilə təbrik edib.
Təbrik mesajında deyilir:
"İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq".
Qeyd edək ki, "Atletiko" "Bakı" klubu ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə Bakıya gələrək paytaxt təmsilçisi ilə yoldaşlıq oyunu keçirib. "Qarabağ" Çempionlar Lqiasının qrup mərhələsində "Çelsi", "Atletiko Madrid" və "Roma" klubu ilə mübarizə aparacaq. (baku.ws)