Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulacaq.
Turnirdə ölkəmizi təmsil edən “Qarabağ" ilk ev oyununa çıxacaq. Təmsilçimiz İtaliyanın “Roma” klubunu qəbul edəcək.
Görüşə böyük maraq var. Belə ki, oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısı satılıb."Qarabağ"a böyük azarkeş dəstəyi olacaq. Bu görüş, həmçinin Cənubi Qafqazda ən çox insanın canlı baxacağı ilk oyun kimi tarixə düşəcək.
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.