Bu gün Çempionlar Liqasında XVI turu çərçivəsində “Qarabağ” İtaliyada “Roma” ilə qarşılaşır.
“Qarabağ”ın səfər matçında oyunu baş hakim Tobias Stieler idarə edir.
Baş hakimin köməkçiləri isə Mayk Pikel və Yan Seydeldir.
C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdıracaq. Bu oyun Qurbanovun yetirmələri üçün əhəmiyyət kəsb etməsə də, təmsilçimiz səfərdə sensasiyaya imza atmağa, apenninliləri büdrətməyə iddialıdı. Cəzalı Rəşad Sadıqov və Pedro Enrikenin yoxluğunda Ağdam klubunun gücü xeyli dərəcədə zəifləsə də, beşqat ölkə çempionumuz “canavarlar”ı büdrətmək əzmindədi.
Heyətləri təqdim edirik:
“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
Baş məşqçi: Eusebio de Françesko.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov.
***
00:35
İlk hissə qolsuz bərabərsizliklə yekunlaşıb.
***
00:58
İkinci hissənin 53-cü dəqiqəsində "Roma"nın oyunçusu Dieqo Perotti hesabı açdı: 1-0
***
Matç "Qarabağ"ın 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb.