Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində məktəblərdə tədbirlər bitib.
Layihənin proqramına uyğun olaraq məktəblərdə şagirdlərin iştirakı ilə səhər gimnastikası, nümunəvi çıxışlar və müxtəlif idman növləri üzrə yarışlar keçirilib.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb.
3 mart tarixinədək davam edən layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edib.
“Gənc nəsli sağlam və vətənpərvərlik ruhunda yetişdirməliyik”.
Bu fikirləri Ednews-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
Ekspert qeyd edib ki, təbii ki, məktəblər “İdman həftə”sinin keçirilməsi olduqca vacibdir.
“Bu günün şagirdi sabahın əsgəridir. Yetişməkdə olan nəsil həm də fiziki baxımdan güclü olmalıdır. Düşünürəm ki, məktəblərdə bu kimi tədbirlər tez-tez keçirilməli və sağlam həyat tərzi təbliğ edilməlidir. Bu həm də təlim və tərbiyənin mühüm elementlərindən biridir. Məktəblərdə bu kimi həftələri tez-tez etməliyik. 5 mart İdman günü münasibəti ilə belə bir tədbir keçirilir. Amma sırf əlamatdar gün gözləməli deyilik. Məktəblər təkcə idman həftəsi ilə qənaətlənmir. Mütamədi olaraq, fiziki-tərbiyə dərsləri keçirilir. Eyni zamanda fəqli dərnəklər təşkil olunur. İdmanla məşul olmaq təkcə fiziki baxımdan yox, mənəvi baxımdan məktəblilərə güc verir. Uşaqlarda özünə inam artırır. Düşünürəm ki, bu kimi hallar şagirdlərin birbaşa inkişafına təsir edir. Şagirdlər üçün məktəbi maraqlı etməliyik”.
İdman üzrə ekspert Xudaverdi Baba idmanın təhsildə olan əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, bütün məktəblərdə səhər idmanı ənənə halı almalıdır.
“Məktəblərdə səhər idmanı 5-10 dəqiqə ərzində olsa, məqsədə uyğundur. Bu bir qayda halında olmalıdır. Bəzi məktəblərdə idman dərsinə nəzarət ciddi olmur. Bu çox pis haldır. İdman gümrah ruh və sağlam bədən deməkdir. Son vaxtlar Elm və Təhsil Nazirliyi idman sahəsinə böyük diqqət və qayğı göstərir. Məktəblərdə idmana marağın artırılmasında rayon üzrə Gənclər İdman İdarəsinin rolu çoxdur. Hər bir idarə məktəblərlə əməkdaşlıq etməlidir. Azərbaycan idman ölkəsi deyil. Amma idman ölkəsi olması üçün çalışır. Dövlət tərəfindən idman sahəsinə xüsusi diqqət var. Günə idmanla başlayan şəxs çox gümrah olur. Ən böyük problemlərdən biri də abituriyentlərin yalnız dərslərə köklənməsidir. Yuxarı sinif şagirdləri məktəblə yanaşı hazırlıqlara da gedirlər. Kitabların çoxluğu, günlük yorğunluq onların depresiv olmasına gətirib çıxarır. Belələliklə, abituriyent mental yorulur. Bu halda həm fiziki, həm də zehni yorğunluğu olan gənc uğur qazanmaqda çətinlik çəkir”.
Ekspert diqqətə çatdırıb ki, məktəblərdə bəzi müəllimlərin idman yarışlarına, dərslərin yanaşmaları düzgün deyil.
“Bəzən müəllimlər elə düşünür ki, zəif oxuyan uşaqlar idmanla məşğul olsun. Bu bir mənanlı olaraq doğru yanaşma deyil. Məktəblərdə yanaşmalar dəyişməlidir. Lakin nazirliyin bu addımı onu göstərir ki, artıq nələrdəsə, dəyişiklik etmək istəyir. Bu çox təqdirə layiq hərəkətdir. Təhsil prossesi boyunca belə tədbirlər çox edilməlidir. Həmçinin, hər gün səhər kiçik zəruri idman hərəkərləri mütləqdir. Məktəblərdə ayda azı 1 dəfə yarışlar idmanla bağlı tədbirlər keçirilməsi şərtdir”.
“İdman həftəsi” layihəsi məktəblərdə çox maraqla qarşılanıb. Həmin məktəblərdən biri Bakı şəhəri 75 nömrəli tam orta məktəbdir. Məktəbdən olan görüntüləri təqdim edirik:
Aysel Şahmar