Braziliya millisi ciddi itki ilə üzləşib.
Ednews yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Ederson zədələnib.
Bu səbəbdən "Mançester Siti"nin üzvü heyətdən kənarlaşdırılıb. Onun əvəzinə milliyə "Atletiko Paranaense"dəm Bentu çağırılıb.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində noyabrın 17-də Kolumbiyanın qonağı olacaq, 22də isə Argentinanı qəbul edəcək.