Türkiyənin ən tanınmış klublarından biri olan "Qalatasaray" klubunun rəsmiləri "Mançester Siti"nin ulduzu İlkay Gündoğanla İstanbulda görüşüblər.
“EDnews” xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.
Mənbənin məlumatına görə, İlkay Gündoğan "Qalatasaray"la iki illik müqavilə imzalamağa razılıq verib.
Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.