Futbol üzrə dünya çempionatında İngiltərə Meksika millisinə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.
EDnews-un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
İngiltərə yığmasında Cud Bellinqem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.
İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç seçməsi olacaq.
Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda dördüncü qol vurulub.
EDnews-un məlumatına görə, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi hesabdakı üstünlüyünü artırıb - 3:1.
60-cı dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.
06:08
Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda ikinci hissə başlayıb.
Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi hesabda irəlidədir - 2:1.
Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.
05:51
Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda ilk hissə başa çatıb.
Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi hesabda irəlidədir - 2:1.
Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.
05:44
Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda üçüncü qol vurulub.
Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:2.
42-ci dəqiqədə Xulian Kinyones fərqlənib.
05:40
Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyununda 2 dəqiqəyə 2 qol vurulub.
Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi ardıcıl qollar vuraraq hesabda önə keçib - 2:0.
36 və 38-ci dəqiqələrdə Cud Bellinqem fərqlənib.
05:01
Futbol üzrə dünya çempionatının Meksika - İngiltərə oyunu başlayıb.
1/8 final mərhələsinin matçı Mexiko stadionunda keçirilir.
Qarşılaşmanı avstraliyalı FIFA referisi Alireza Faqani idarə edir.






