İsrail əhalisinin böyük əksəriyyəti Baş nazir Benyamin Netanyahu barəsində aparılan istintaq çərçivəsində ona qarşı fırıldaqçılıq və rüşvət ittihamları ilə iş qaldırılacağı halda istefa etməli olduğunu düşünür.
Bu barədə İsraildə keçirilən sorğunun nəticələrinə əsasən məlum olub.
Sorğuda iştirak edənlərin 59 faizi Netenyahuya qarşı qaldırılan iddiaların əsaslı olduğunu bildirib. Həmçinin respondentlərin 60 faizi Baş nazirin istefa verməli olduğunu qeyd edib.