Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı DdoS-hücuma görə sıradan çıxıb və açılmır. Bu haqda TACC güc strukturlarındakı mənbələrə istinadən bildirir.
“Hərbi nazirliyin mütəxəssisləri sayta DdoS-hücumu dəf edirlər”, -mənbə bildirib. Hazırda sayt işləmir və səhifə sadəcə olaraq yüklənmir. Xeyli gözləyəndən sonra ekranda “qoşulmanı təmin etmək mümkün olmadı” sözləri çıxır.