İngiltərə hava limanlarında süni intellektlə dəstəklənən üz tanıma sistemləri ilə yeni dövrə qədəm qoyur. E-Gate adlanan bu sistem sərnişinlərin səyahət əməliyyatlarını daha sürətli həyata keçirməsinə imkan yaratsa da, süni intellektin uçacaq sərnişinlərin qeydləri skan edərək immiqrasiya qanunlarına uyğun olub-olmadığını anlaya biləcəyi qeyd edilib.
Ednews ntv.com-a istinadən xəbər verir ki, süni intellekt son bir ildə həyatımıza tam inteqrasiya olunduqdan sonra hər sahədə özünü təkmilləşdirməyə davam edir.
Son olaraq qeyd edilib ki, Böyük Britaniyanın hava limanlarında süni intellektli üz tanıma sisteminin tətbiqi ilə pasport nəzarətinə ehtiyac qalmayacaq.
Britaniya Daxili İşlər Nazirliyinin planlarına görə, 50 ölkə üçün üz tanıma sistemi, təmassız səyahət və süni intellektdən istifadə edən Dubaya bənzər “ağıllı sərhəd”in yaradılması hədəflənib .