Donald Tramp Kanadadan idxal olunan mallara 25% rüsum tətbiq etmək qərarına gəlsə,ABŞ resursları Rusiya və Çindən almalı olacaq.
"EDnyus" xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib. Onun sözlərinə görə, Kanada Şimali Amerikada firavan və təhlükəsiz iqtisadiyyat yaratmaq üçün Birləşmiş Ştatlarla işləməyə hazırdır:
“ Onlar üçün alternativ yol Rusiya, Çin və ya Venesueladan daha çox resurs almaq olardı”.
Trüdo Kanadanın ABŞ-nin tariflərlə bağlı qərarına cavab verəcəyini vurğulayıb.