"Berlin ABŞ ilə münasibətlərdə "yeni qeyri-müəyyənliklə" üzləşir, buna görə də Ukrayna münaqişəsi kontekstində daha çox məsuliyyət və hərbi liderliyi üzərinə götürməlidir".
“EDnews” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
"Transatlantik münasibətlərimizdə yeni bir qeyri-müəyyənlik yaranıb. Birləşmiş Ştatlar NATO-ya sadiqliyini qoruyur, lakin haqlı olaraq Avropanın Alyansa daha güclü töhfəsini tələb edir", - deyə Pistorius qeyd edib.
Nazir əmin edib ki, Almaniya Avropa tərəfdaşları və NATO müttəfiqləri ilə birlikdə lazım olan hər şeyi edəcək. Eyni zamanda, o qeyd edib ki, qitə gələcəkdə daha çox liderlik təmin etməli olacaq.