Baham adalarının hökuməti İlon Maska məxsus "SpaceX" şirkətinin "Falcon 9" raketlərinin ölkə ərazisinə enişinə müvəqqəti qadağa qoyub.
“EDnews” xəbər verir ki , bu barədə baş nazir ofisinin Kommunikasiya şöbəsinin rəhbəri Latre L.Raming "X" hesabından bildirib.
"Bu gün Baham adalarının hökuməti Ekoloji Planlaşdırma və Mühafizə Departamenti vasitəsilə "SpaceX" "Falcon 9" raketlərinin bütün enişlərini buraxılışdan sonra tam araşdırma başa çatanadək dayandırdığını elan etdi".
Qeyd olunur ki, vəziyyətin "tam ekoloji qiymətləndirilməsi" aparılmayınca, əlavə icazələr verilməyəcək.
Fatimə Mərdanlı // EDnews