Hindistan Kəşmirdə törədilən terror aktında 26 turistin ölümündə Pakistanı günahlandırıb və 65 illik su müqaviləsini ilk dəfə olaraq dayandırıb. Pakistan rəsmiləri bunu "su müharibəsi" adlandırırlar.
EDnews xəbər verir, Hindistan 1960-cı ildə iki ölkə arasında imzalanmış su müqaviləsini birtərəfli qaydada ləğv edib. Pakistan tərəfi isə bu vəziyyəti müharibə elanı kimi qiymətləndirir.
Qeyd edək ki, Hindistan və Pakistan arasındakı qarşıdurma dünyanın ən təhlükəli dondurulmuş müharibələrindən biridir. Xüsusilə Kəşmir məsələsi bu münaqişənin mərkəzində dayanır. Digər münaqişələrdən fərqli olaraq bu iki ölkə nüvə silahına da sahibdir.
Fatimə Şükürova // EDnews