ABŞ Dövlət Departamenti Polşaya 1,33 milyard dollarlıq “hava – hava” raketlərinin satışını təsdiqləyib.
“EDnews” xəbər verir ki , bu barədə Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
“Dövlət Departamenti Polşaya orta mənzilli AIM-120D “hava – hava” raketlərinin, müvafiq logistika elementlərinin və dəstək vasitələrinin mümkün satışını təsdiqləyib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Polşa hökuməti 400 raket və müvafiq avadanlıq tələb edib.
Fatimə Mərdanlı //EDnews