Bu həftə "Amerikanın Səsi" radiostansiyası bütün işçilərini itirəcək.
“EDnews” xəbər verir ki, bu barədə "Politico" şirkətdəki mənbələrə istinadən məlumat verib.
İxtisarlar ştatda qalan 800 nəfərə təsir edəcək.
Xatırladaq ki, bu il mayın ortalarında ABŞ hakimiyyəti artıq 600-ə yaxın əməkdaşı, əsasən jurnalistləri və inzibati işçiləri ixtisar edib ki, bu da işçilərin üçdə birindən çoxunu təşkil edir. Bundan əlavə, radiostansiya dövlət qrantlarından məhrum edilib ki, bu da onun işini xeyli çətinləşdirib.
"Amerikanın Səsi"nin rəhbəri işçilərə ünvanladığı məktubda kütləvi ixtisarlarla bağlı çaşqınlığını ifadə edərək, onları əsassız adlandırıb.