Sabah üçün Ukraynanın paytaxtı Kiyevdə matəm elan edilib.
EDnews xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, iyulun 3-də Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ölənlərin xatirəsinə həsr olunan matəm günü keçiriləcək.
Matəm günü paytaxt Kiyevdə dövlət bayraqları endiriləcək, əyləncə xarakterli tədbirlər keçirilməyəcək və həlak olanların xatirəsi ehtiramla yad ediləcək.
Qeyd edək ki, son məlumata əsasən, Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində 13 nəfər ölüb, 86 nəfər isə yaralanıb.








