Hakerlər Britaniya hökumətinə və Xarici İşlər Nazirliyinə məxsus təxminən 80.000 kompüterə daxil olaraq məxfi məlumatları oğurlayıblar.
EDnews xəbər verir ki, bu barədə "Telegraph" yazıb.
Bu məlumatlar sonradan qaranlıq internetdə satışa çıxarılıb.
Nəşrin məlumatına görə, hücum edənlər əvvəllər oğurlanmış etimadnamələrdən istifadə edərək Fortinet firewall müdafiəsini keçərək Britaniya rəsmilərinin və Xarici İşlər Nazirliyinin xarici nümayəndəliklərinin əməkdaşlarının elektron poçt hesablarına giriş əldə ediblər.
Hücum nəticəsində Britaniya Xarici İşlər və Birlik Nazirliyinin xarici nümayəndəliklərinin və yerli hökumət qurumlarının əməkdaşlarına məxsus məlumatlar ələ keçirilib.
"Telegraph" qəzetinin qeyd etdiyi kimi, oğurlanmış elektron poçt ünvanları və şifrələr əsas hökumət İT sistemlərinə giriş təmin edə bilər.
Qəzetin məlumatına görə, bu məlumat dəsti hazırda darknet-də təxminən 60.000 dollara satışa çıxarılıb.







