"Tehranın nüvə proqramı arxa plana keçəcək"

Analitika 14:53 06.02.2025

Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizədliyini yenidən irəli sürəndə, əvvəlki prezidentliyi dövründəki dəst-xəttinin yenidən prioritet olduğunu bildirdi. O, Birləşmiş Ştatların xarici siyasətinin bu dəfə də dəyişməyəcəyini və "Birinci Amerika" yanaşması ilə idarə ediləcəyini vurğuladı. Ona görə də Tramp NATO və Avropa İttifaqı kimi kollektiv təhlükəsizlik mexanizmlərinə dəstəyi yenidən azaldacağını, səbəb olaraq ABŞ-nin xarici siyasətin içində var-gəl etməsi, yəni başqa ölkələrin daxili işinə qarışmasının daxili siyasətdə boşluqlar yaratdığını qeyd etdi. Yəni, digər respublikaların problemləri və onların daxili işinə müdaxilə ABŞ-ni maraqlandırmamalıdır, Amerika xalqını daha çox düşünmək lazımdır.

Trampın xarici siyasətində mübarizə aparacağı iki prioritet ölkə isə Çin və İrandır. Çin Trampın iqtisadi mübarizəsində yer alırsa, İran siyasi mübarizənin önündə gəlir. Çünki Trampın Yaxın Şərq siyasətində Tehran açar ölkə hesab edilir. Bunun əsas səbəbi isə İsarilin müdafiəsidir. Tramp İsraili özünün "qırmızı xətti" saydığı üçün İrana qarşı mübarizəni genişləndirməyi zəruri hesab edir və bu baxımdan, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. Qeyd etmək yerinə düşər ki, İranın xarici işlər naziri Abbas Əraqçı bəyanat verərək deyib ki, ABŞ-nin İranla bağlı əsas narahatlığı nüvə silahıdırsa, bu problemi həll etmək mümkündür. İranın Məsud Pezeşkian rəhbərliyindəki yeni hakimiyyəti də islahatçı qanadını təmsil edir və Qərb ilə münasibətləri normallaşdırmağı vacib sayır.

"EDnyus" xəbər verir ki, mövzunu Oxu.Az-a dəyərləndirən siyasi şərhçi Zeynal Əmrəliyevin sözlərinə görə, İranda Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra əsas işi məhz Qərblə dil tapmaq olduğu üçün, Dövlət Departamenti ilə yaxşı münasibətləri olan keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin vitse-prezident təyin edilməsindəki əsas məqsəd də budur:

"İran çalışır ki, Donald Tramp dövründə münasibətlərdə hansısa gərginlik baş verməsin. Çünki istər Trampın İsrailə olan xoş münasibəti, istərsə də administrasiyada təmsil olunan şəxslərin İran əleyhinə verdiyi açıqlamalar Pezeşkian hökumətini ehtiyatlı olmağa vadar edir. Ehtimal ki, Tehranın nüvə proqramı bir qədər arxa plana keçəcək. Abbas Əraqçının verdiyi açıqlamadan da məlum olur ki, İran bu məsələdə Qərbə güzəştə getməyə çalışır. Vaşinqton bu müddətdə maksimum şəkildə Tehrandan nələrsə qoparmağa çalışacaq. Yaxın Şərqdə İranın proksi qüvvələrinin sıradan çıxarılması istiqamətində addımlar atılacaq".

"Ümumiyyətlə, Donald Trampın məqsədi İranın Yaxın Şərqdən çıxarılmasıdır. Qəzzanın sökülməsi də məhz buna hesablanıb. ABŞ Həması tamamilə bitirmək istəyir. Qəzzanın dağılmasında da əsas məsələ budur. Bundan sonra əsas diqqət "Hizbullah" və husilərə yönəlib. Yaxın 4 ildə biz İranın Yaxın Şərqdəki mövqelərini itirməsini izləyə bilərik", - deyə analitik əlavə edib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Cenevrədə ABŞ ilə Çin arasında ticarət tarifləri üzrə danışıqlar aparılacaq
12:12 07.05.2025
Rusiyaya hücum: İki zavod, bir aerodrom vuruldu
12:04 07.05.2025
TikTok və Instagram Diplomatiyanın Yeni Alətlərinə necə çevrildilər?
11:55 07.05.2025
BMT nümayəndələri Hindistan Silahlı Qüvvələrinin zərbələrindən sonra Müzəffərabadı ziyarət ediblər
11:53 07.05.2025
Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər
11:47 07.05.2025
Lamin Yamal daha bir rekorda imza atdı
11:32 07.05.2025
Bağdadda İraq və Azərbaycan XİN başçıları arasında görüş keçirilir
11:30 07.05.2025
Hindistanın Baş naziri xarici ölkələrə səfərlərini ləğv edib
11:25 07.05.2025
AZAL Hindistana və Rusiyaya reyslərini təxirə salıb
11:23 07.05.2025
Astanada İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi şərəfinə parad keçirilir
11:19 07.05.2025
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
11:12 07.05.2025
Xankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilir
11:09 07.05.2025
“Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib
11:07 07.05.2025
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145-ci ildönümü tamam olur
11:04 07.05.2025
Vatikanda yeni Roma Papasının seçilməsi prosesi başlayır
11:01 07.05.2025
Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib
10:54 07.05.2025
Yevlaxda 592 ədəd çətənə kolu əkməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
10:50 07.05.2025
Rusiyanın 30-dan çox şəhərində internet kəsildi
10:45 07.05.2025
Kəlbəcərə dolu düşüb
10:37 07.05.2025
Sabah Milli Məclisin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçiriləcək
09:01 07.05.2025
Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
08:01 07.05.2025
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində ağ bayraq qaldırıb
06:25 07.05.2025
Hindistan Hərbi Hava Qüvvələri dörd məscidə hücum edib
04:21 07.05.2025
Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib
00:13 07.05.2025
Mayın 7-də Beynəlxalq Planetariumlar Günü qeyd olunur
00:00 07.05.2025
QHT Agentliyi layihələrin icrasını 100 ballıq şkala ilə qiymətləndirəcək
14:26 06.05.2025
Kürdə suyun səviyyəsi artdı
12:32 06.05.2025
İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda iştiraka dəvət edib
12:28 06.05.2025
Sabah 28 dərəcə isti olacaq
12:25 06.05.2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam edir
12:20 06.05.2025
Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək
12:18 06.05.2025
Yuxuda bayquş görmək nə deməkdir? - Həqiqətənmi bədbəxtlik gətirir?
11:59 06.05.2025
İncilin əvvəllər məlum olmayan fraqmenti tapıldı
11:46 06.05.2025
Belarusun Baş naziri Zəfər parkını ziyarət edib
11:43 06.05.2025
Hamısı