Ədəbiyyat milli yoxsa bəşəri olmalıdır? – Oğuz Ayvaz yazır...

Yazarlar 14:35 16.02.2024

Azərbaycan dilinin imkanlarının zəif olduğunda çox danışılır. Çoxları hesab edir ki, bu dildə şedevr yaratmaq az qala mümkün deyil. Nədənsə, dil məsləsi üzərində çox dartışılır, müzakirələr aparılır. Ancaq bunların hamısı onu göstərir ki, əslində mövzu heç də düzgün qoyulmayıb. 

Bəzən elə məqamla üzləşirsən ki, millilik arxa plana keçir. İnsan kimi milli düşüncəyə sahib ola bilərsən və bu yaxşı haldır. Ancaq yaradıcı adam üçün rus da, alman da, ingilis də, fransız da eyni insan kimi görünür.

Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəbi Azərbaycan dili deyil. Azərbaycan ədəbiyyatının dünyaya çıxa bilməməsinin səbəbi, zənnimcə, Azərbaycandan kənara çıxa bilməməkdir, daha doğrusu hər zaman azərbaycanlı kimi görünməkdir. 

Razıyam, insan gərək milli olsun, elə yazar da. Ancaq Lev Tolsoyu götürək. O bəlkə milli deyildi? Hələ sizin düşündüyünüzdən də min qat milli təfəkkürlü yazıçı idi. Ancaq onun milliyi bir xətlə ölçürmürdü. Onun milliyi bəşəri duyğularla hesablanmışdı. Əslində onu dahi edən də məhz bu amildir. 

Bizim yazıçıların bəlkə də axsayan tərəfləri milliliyi bir istiqamətdə görməkdir. Axı, ədəbiyyat sadəcə milliyətlə ölçülmür. Düzdü, gərək ədəbiyyatımız milli köklər üstündə qurulsun, fundament bu səbəbə əsaslansın. Ancaq budaqlanma, inkişaf dünyəvi, bəşəri olmalıdır.

Çingiz Aytmatov, məsələn, rus dilində yazırdı, amma milli düşüncə tərzini qırğız-türk elatından olduğunu təsdiqləyəcək kimlik rolu oynayan əsərləri vardı. Amma gəlin görək, o əsərlər yalnız öz içinəmi qapalıydı. Xeyr. “Cəmilə” povestində mentaliteti yıxıb dağıdan, məhv edən bir qadının obrazı var idi. O qadın sevgini tapması nəticəsində öz adət-ənənlərini, dədə-babadan qalma milli düşüncə tərzini bir çırpıda kənara atdı. Ancaq o, bunda yanlış deyil. Çoxları onun səhv addım atamasını qınasalar da, Cəmilə əslində düşdüyü cəmiyyətə qarşı mübarizə apardı və çıxış nöqtəsini onları yıxmaqda gördü. Onlarla razılaşmadı, onları məğlub etdi. Onun sevgisi cəmiyyətə olan qələbəsi idi.

Ədəbiyyat gərək budaqlanma etapında haradasa insan faktını əsas götürməlidir. 

Millilikdə dirənib qalmamalıdır. Yoxsa bu sadəcə olaraq sünulik və mənasızlıq yarada bilər. 

Oysa ən böyük millilik, milli düşüncə tərzi insandır. 

Gərək insan duyğusuna, sevgisinə, düşüncəsinə sayğı göstərək və ədəbiyyatda da əsasən bunu işıqlandıraq.

Bütün məşhur yazıçılar özündən, öz həyatından yazıblar. Bu danılmaz faktdır. Bir yazıçının da dediyi kimi, öz həyatını qələmə ala bilməyənlər istedadsızlardı. 

Özünlə qarşı-qarşıya durmağı bacarmalısan. Bu yaradıcı adamlara xarakterik cəhətdir. Özünü yazdığında çevrəni, mühitini, cəmiyyətini, dövlətini, xalqını, millətini yazmış olursan. 

Ancaq yazıçının düşüncəsi bir yönə istiqamətlənməməlidir. Yuxarıdakı misalları elə-belə gətirmədim. Diqqətli oxucu nə dediyimi anlayacaq. 

Yaradıcı adamı xırda məsələlər düşündürmür. O, daha dərin, daha geniş əhatələrə can atır. Hər yazdığımız yazıda daha güclü görsənmək istəyi var. Mən etiraf edirəm: bu dəqiqə böyür-başımda olan bütün yaradıcı adamlardan daha irəli getməyə çalışacam. Heç kim inciməsin, təvazökarlığın yeri deyil. Bir gün gələcək, o zaman hər kəs öz yerini tapacaq. Buna əminəm!

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Azərbaycan - Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyur
18:49 18.04.2025
Dünya Nizamı Necə Dəyişir? IV Hissə: Geosiyasi Dəyişikliklər və Yeni Əlaqələr
17:51 18.04.2025
Azərbaycanda sadələşdirilmiş gömrük bəyannaməsi ilə bağlı mobil tətbiqin dizaynı dəyişdirilir
12:12 18.04.2025
Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar
12:07 18.04.2025
Milli Observatoriya beynəlxalq mükafata layiq görülüb
11:59 18.04.2025
OpenAI şirkətinin yeni sosial media platforması X-ə rəqib olacaq
11:54 18.04.2025
Sabah Yer Günü ilə bağlı festival keçiriləcək
11:40 18.04.2025
Polşa nüvə silahına sahib olmaq istəyir
11:32 18.04.2025
Azərbaycanda Milli Etalon Vaxtı yaradılır
11:24 18.04.2025
Cənubi Koreya KXDR-lə sərhəd yaxınlığında gecə təlimləri keçirib
11:20 18.04.2025
Yağıntıların vurduğu zərərin məbləği açıqlandı
11:17 18.04.2025
İRS jurnalının ərəb dilində yeni nömrəsi işıq üzü görüb
11:13 18.04.2025
Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib
11:10 18.04.2025
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
11:05 18.04.2025
Kolumbiyada neft kəməri partladılıb
11:02 18.04.2025
Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib
10:58 18.04.2025
Dünyanın ən dözümlü mühərrikli maşınları açıqlandı - Hyundai, Kia siyahıda yoxdur
10:55 18.04.2025
Bakının üç rayonunda qaz olmayacaq
10:50 18.04.2025
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib
10:43 18.04.2025
Pandemiyalar haqqında tarixi saziş imzalanıb
10:38 18.04.2025
Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub
10:35 18.04.2025
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb
10:32 18.04.2025
"Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb"
10:27 18.04.2025
1300 il əvvələ aid xəzinə tapıldı
10:25 18.04.2025
İspaniya ÇL-də 5 klubla təmsil olunacaq
10:22 18.04.2025
Rusiya Xarkova ballistik raketlə zərbə endirib
10:17 18.04.2025
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
10:12 18.04.2025
ABŞ vətəndaşı Belizdə təyyarəni ələ keçirməyə cəhd edib
10:08 18.04.2025
İranda hərbi parad keçirilib
09:58 18.04.2025
Kolumbiyada üsyançılar terror aktları törədib
09:52 18.04.2025
Ərdoğan Türkiyə - Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqləyib
06:46 18.04.2025
Başlıbel qətliamından 32 il ötür
00:01 18.04.2025
Dünya Nizamı Necə Dəyişir? III Hissə: Texnoloji İnqilablar və Yeni Dövrün Mühitləri
17:38 17.04.2025
Azərbaycanın Geosiyasi Imperativləri: Regiondakı Strateji Gücün Yeni Tərifi II Hissə: Azərbaycanın Strateji İnteqrasiyası və Qlobal Təsiri
14:03 17.04.2025
Meksika ABŞ-a diplomatik nota göndərib
12:29 17.04.2025
Səudiyyə Ərəbistanının müdafiə naziri İrana gedəcək
12:21 17.04.2025
Çayların həcmində artım davam edir
12:14 17.04.2025
Cənubi Koreya dronları uzaqdan aşkarlayacaq radar sistemini sınaqdan keçirib
12:10 17.04.2025
Ceyhun Bayramov Sloveniya XİN başçısını qarşılayıb
12:06 17.04.2025
“Time” 2025-ci ilin 100 nüfuzlu insanının siyahısını təqdim edib
12:02 17.04.2025
Hamısı