"Həqiqətin və İnformasiyanın keşikçilərindən" Aytac Kərimova yazır...

Yazarlar 16:14 14.04.2025

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi əzəldən özünəməxsus maraqlı bir ənənəyə malikdir. Belə ki, burada təhsil alan tələbələr, fakültənin müəllimləri tərəfindən müxtəlif mətbu orqanlara aparılır, yeni praktiki biliklərə yiyələnir və redaksiya mühiti ilə tanış olma imkanı əldə edirlər. 

Bu gün belə imkanlardan birini də biz qazandıq. Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu bizi Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) aparacağını söylədi. Beləcə, vaxt itirmədən məkana doğru yol aldıq... 

Hava çiskinli, bir o qədər də soyuqdur. Əslində, havanın belə olması, nə fəslə uyğundur, nə də ki arzuolunandır, lakin necə deyərlər: "Qışla bahar bir olarmış"... 

Yol boyu müəllimimiz bizlə öz təcrübələrini bölüşür, biz də maraqla dinləyir, zamanın necə keçdiyindən xəbərsizcə gəlib-çatırıq ünvana
Həyəcanlıyıq... Amma bu məsuliyyət həyəcanıdır.

Zamandan israf etmədən, içəriyə daxil oluruq. İçəriyə girər-girməz bizi BAMF-ın sədri Umud Mirzəyev qarşılayır. Tanış oluruq. Ardınca Umud bəy bizə təşkilatın fəaliyyəti dövrü ərzində imza atdığı bir neçə yerli, beynəlxalq layihələrdən, milli və hərbi zəmində səylərindən bəhs edir. O danışdıqca, otaqın hər bir köşəsində yer alan çərçivələrə nəzər yetiririk. Bunların hər biri yerli və beynəlxalq layihələrdən xoş xatirələrdir. Davamında, Umud bəy öz xatirələrindən söz açaraq, müəllifi olduğu kitablardan bəhs edir.

Bir müddət sonra Əl-Cəzirə Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Thembisa Fakudenin təşkilata gələcəyi bildirilir. Düzü, bu, bizim üçün gözlənilməz, eləcə də xoş olur. Beləcə, Thembisa Fakude içəri daxil olur. Tanışlıq mərhələsindən sonra, qonaqla həmsöhbət olub, sahə ilə bağlı fikirləri və təcrübələrini öyrənirik. Maraqlı söhbətin ardınca, Umud bəyin özünün və digər yerli, xarici yazarların müəllifi olduğu kitablardan ibarət kitabxanaya gedirik. Kitabların qoxusu, qapıya yaxınlaşdığımız andaca hiss edilir. Çox zövqverici mənzərədir...
Elə otağı tərk edən zaman bu kitablardan bizə hədiyyə olaraq təqdim edilir. Sonra bu anı ölümsüzləşdirmək üçün kollektiv şəkil çəkdiririk. O an düşünürəm ki, bəlkə də bu şəkil də digər çərçivələrin yanında yer alacaq...

Artıq vaxt-vədə yetişir. Beləcə, sağollaşıb, xoş xatirələr və dəyərli kitablarla mərkəzdən ayrılırıq...

Yol boyu isə, sadəcə reportaja başlıq düşünürəm və belə qərara gəlirəm ki, fəaliyyəti ərzində daima media və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan bir təşkilatdan yazırıqsa, bu sadəcə belə ola bilər: "Həqiqətin və İnformasiyanın keşikçilərindən".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
"Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda davamlı sülh üçün ümid verir"
12:20 10.07.2025
Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb
12:05 10.07.2025
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi
11:50 10.07.2025
Hamısı