Böyük Zəfərimizə layiq olmaq: Cəmiyyətin və medianın məsuliyyəti... - Rəşad Məcid yazır

Yazarlar 16:47 24.07.2024

"Sosial media mənsubları, bu platformanın fəalları ilk növbədə insan şərəf və ləyaqətini zədələmədən, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol vermədən, cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə vurmadan, terror, xurafat və cəhalət təbliğinə meydan açmadan fəaliyyət göstərməlidirlər". 

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid özünün "Facebook" hesabı üzərindən bildirib.

Ednews paylaşımı təqdim edir:

Prezident İlham Əliyevin, təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni reallıqlarını da hamıdan artıq düşünüb nəzərə aldığına, gələcək hədəfləri tam dəqiqliklə müəyyən etdiyinə hər gün dəfələrlə, əyani şəkildə şahid oluruq. Böyük Zəfərdən sonra, millət, cəmiyyət və dövlət olaraq, qarşımızda duran məqsədləri ən doğru və aydın şəkildə xarakterizə etmək baxımından cənab Prezidentin keçən il mayın 10-da Şuşada səsləndirdiyi bu fikirlər olduqca ibrətamizdir:

“Bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq: hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq”.

Göründüyü kimi, bu cümlələrdə, dövlət başçısından sıravi azərbaycanlıya qədər, hamılıqla qazandığımız möhtəşəm Qələbəyə layiq olmağa çalışmaq mühüm mənəvi vətəndaşlıq borcumuz kimi önə çəkilir. Yeni dövrün şərtlərini, Qalib Xalq olmağın üstün məsuliyyətini dərk edib paylaşmaq, hər an bu məsuliyyətlə hərəkət etmək zərurəti qətiyyətlə vurğulanır. Əfsuslar olsun ki, həm cəmiyyət, həm də fərd olaraq bu məsuliyyəti heç də lazımınca anlayıb bölüşə bilmədiyimizi son günlərin hadisələri bir daha ortaya qoydu. Məlum oldu ki, canımız-qanımız bahasına qazandığımız Zəfərə, 30 illik işğala son qoymağımızla nəticələnən Vətən Müharibəsinin parlaq nəticələrinə layiq davranmaq hələlik cəmiyyətimizin xeyli qismi üçün uzaq mövqedir. 

Heç şübhəsiz, indi hamımızın diqqət mərkəzində dayanan mövzular Böyük Zəfər qazanmış Azərbaycanın regionda və dünyada günbəgün artan nüfuzu, bununla əlaqədar ölkəmizdə, xüsusən Şuşada ardıcıl keçirilən beynəlxalq tədbirlər, azad edilmiş torpaqlarımızdakı nəhəng quruculuq işləri olmalıdır. Bunun əvəzinə, hansısa cılız qalmaqallar, fərdi kriminal olaylar, ötəri məişət məsələləri gündəmə gəlir. Belə olaylar hər gün, hər saat fərqli donda, müxtəlif yozumda qarşımıza çıxıb həm vaxtımızı, enerjimizi alır, həm də əsəblərimizi korlayır, mənəvi-əxlaqi tarazlığımızı pozur. 

Səviyyəsi əksərən heç bir pozitivliyə yer qoymayan bəzi sosial şəbəkə istifadəçiləri bir yana, çox təəssüf ki, bir sıra hallarda ayrı-ayrı media qurum və təmsilçiləri də bu dağıdıcı “gündəm yaratmaq”, stəkanda fırtına qoparmaq prosesinin fəal iştirakçısına çevrilirlər. Azərbaycanın və dünyanın hazırkı reallığında belə bəsit, məzmunsuz olaylara bu qədər diqqət ayırmaq, neqativ hadisələri, düşük söhbətləri diqqət mərkəzinə çəkmək son dərəcə məsuliyyətsiz davranışdır. Bütün bunlar yersiz və səviyyəsiz hərəkət olmaqdan əlavə, milli və ictimai baxımdan da çox ziyanlı addımlardır. Çünki bu cür qaramat yayan halların ən yolverilməz formalarda, ən iyrənc üsullarla gecə-gündüz gündəmdə tutulması ümumən Azərbaycanın dünyadakı Qalib və Məğrur obrazına, pak, ləyaqətli simasına kölgə salmağa yönəlir.

"Azərbaycan Mətbuat Şurası olaraq, sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətimizdə də vurğulandığı kimi, çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Lakin bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevrilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır".

Halbuki sosial media mənsubları, bu platformanın fəalları ilk növbədə insan şərəf və ləyaqətini zədələmədən, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol vermədən, cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə vurmadan, terror, xurafat və cəhalət təbliğinə meydan açmadan fəaliyyət göstərməlidirlər. Əsas meyar, başlıca davranış ölçüsü isə, Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz Böyük Zəfərimizə, Şanlı Qələbəmizə layiq olmaq, yaşadığımız dövrün yüksək məsuliyyətini dərk edərək hər addımda buna uyğun davranmaqdır!

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Türkiyədə güclü yanğın baş verib
19:15 27.06.2025
Sabah çimərliklərdə hava necə olacaq?
19:00 27.06.2025
"Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı regionun bağlantı mərkəzinə çevirəcək"
18:45 27.06.2025
Arxiyepiskop İstintaq Komitəsinə getdi
18:30 27.06.2025
Devid Bekhem əməliyyat olundu
18:15 27.06.2025
Rəqəmsal nəqliyyat bizə nə vəd edir?
18:08 27.06.2025
"Bizə yeni nəqliyyat dəhlizləri lazımdır"
17:45 27.06.2025
"Azərbaycanfilm": Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
16:45 27.06.2025
İsrail "Hizbullah"a məxsus hərbi obyektə zərbə endirib
15:15 27.06.2025
MEDİA və "Euronews"un keçirdiyi təlim proqramı yekunlaşdı
15:00 27.06.2025
Kinostudiyanın ərazisindəki partlayış sakinlərin başına oyun açıb
14:45 27.06.2025
Kilsə və Rusiya tərəfdarları Paşinyana qarşı: Ermənistandakı xaos böyüyür
14:29 27.06.2025
Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdü
14:14 27.06.2025
ABŞ-nin hərbi büdcəsi 1 trilyon dolları aşa bilər
13:59 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
13:35 27.06.2025
Ermənistanda polislə keşişlər arasında dava düşüb
13:20 27.06.2025
Tramp ticarət müharibəsini davam etdirmək üçün 88 milyardlıq "səbəb" tapdı
12:59 27.06.2025
Robot müharibələri yaxındadır
12:42 27.06.2025
"NVİDİA" taxtını geri aldı
12:27 27.06.2025
Şahzadə Diananın məşhur paltarı 520 min dollara satıldı
12:12 27.06.2025
İran Moskvadan üz çevirir: Tehran Çin qırıcılarını alacaq
11:57 27.06.2025
Azərbaycan Çinin "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılması təcrübəsi ilə tanış olub
11:39 27.06.2025
Paşinyan keşişlərin qapısını döyür:
11:23 27.06.2025
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
11:08 27.06.2025
Azərbaycan nefti bahalaşıb
10:53 27.06.2025
Azərbaycan hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyinə yönəldib
10:38 27.06.2025
"Mission: Impossible"ın bəstəkarı vəfat etdi
10:17 27.06.2025
Yardımlıda 9 200 xaşxaş kolu məhv edilib
10:02 27.06.2025
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
09:49 27.06.2025
"SMS Blaster" fırıldağı sürətlə yayılır
09:32 27.06.2025
Hamısı