Keniyada etiraz aksiyaları zamanı azı səkkiz nəfər ölüb, 400 nəfər yaralanıb.
“EDnews” xəbər verir ki, bu barədə Keniya Hüquq Cəmiyyəti, Polis İslahatı İşçi Qrupu və Keniya Tibb Assosiasiyasının birgə bəyanatında deyilir.
Bildirilir ki, ümumilikdə nümayişlər ölkənin 47 dairəsindən 23-nə yayılıb.
Qeyd olunub ki, tibbi yardım göstərilən 400 nəfərin 83-ü ağır bədən xəsarətləri alıb:
"Ən azı səkkiz etirazçı güllə yarası alıb. Yaralılar arasında üç polis əməkdaşı da var".