HƏMAS işğal altındakı İordan çayının qərb sahilindəki komandirlərindən birinin İsrail qüvvələri ilə toqquşmada öldürüldüyünü, İsrail isə Rəfahda baş verən partlayışda 4 əsgərinin öldüyünü bildirib.
Ednews apnews.com-a istinadən xəbər verir ki, İordan çayının qərb sahilindəki toqquşmada Həmas komandiri öldürülüb.
HƏMAS bazar ertəsi axşam yaydığı bəyanatda bildirib ki, Məhəmməd Cabir Abdo digər üç döyüşçü ilə birlikdə Qərbin dəstəklədiyi Fələstin Muxtariyyətinin qərargahının yerləşdiyi Ramallah yaxınlığındakı kənddə öldürülüb.
Qeyd edək ki, HƏMAS-ın 7 oktyabrda İsrailin cənubuna hücumu ilə alovlanan Qəzzada müharibə başlayandan bəri İordan çayının qərb sahilində şiddət artıb.
Valeh