Azərbaycan yazıçılarının YENİ İL XATİRƏLƏRİ

Mədəniyyət 16:01 30.12.2022

Hər yeni il özündən sonra bir xatirə buraxır. Bu xatirə qarşıdan gələn yeni ildə xatırlanır. Bəlkə həmin yeni il də yeni bir xatirənin təməlidir. Ancaq bəzi insanlar üçün xatirələr də əzab verir və onu xatırlamaq istəmirlər. Ednews yazıçıların Yeni il xatriələrini təqdim edir. 

Yazıçı Səfər Alışarlı: "1983-cü ili qarşılayırdıq. Məlum böyük məsələyə görə Moskvada biz Azərbaycan əhlinə diqqət xeyli artmışdı. Yeni ili Litinstitutun yataqxanasında qarşılamaq özgə bir aləm idi. Bir-iki gün əvvəl koridorlarda, vanna otaqlarında, pilləkənlərdə xarab olmuş bütün lampaları və çarpayıların yataq ağlarını dəyişirdilər. Yeni il axşamında, heç nəyə baxmayaraq, hər yer işıqlı, təmiz, aydın və isti olurdu. Axşam saat 8-dən sonra 1-ci mərtəbədəki diskozalda rəqslər başlayırdı. Əksər otaqların qapısı həmin axşam açıq qalırdı: qonaq-qara, tez-tez mətbəxə, dükana, aşağı-yuxarı qaçmaq üçün elə rahatıydı. Əslində isə bayram əhvalını koridordan keçən hər kəslə bölüşmək səxavəti vardı bu jestin özündə. İki  nəfərlik otaqlar qəşəng idi: 80-ci ilin olimpiada təmirindən çıxmış yataqxana bizim Dərnəgül qəsəbəsindəki susuz və tarakanlı yataqxanalarla müqayisədə. Müqayisəyə qəti gəlmir.

Bayram əhvalı çox şən notlarla otaqlardan axıb aşağıdakı diskozala akkumulyasiya olunurdu və sanki dopinq alıb bir az da qızışaraq yenidən mərtəbələrə qayıdırdı. Əslində bunları yazmaq lazımdı.

Nə isə... Bir də gördük bizim otağın qarşısında buludlar qaralmağa başlayıb, hava guruldayır, ildırım-zad çaxmır hələ... Nolub, nolub? Bəs qızı aparıblar! Hər kim aparıbsa, bizimlə oturanlardan deyil. Amma tezcə məlum oldu ki, aparan nerusskidi, özü də bizim Əli Bayramlıdan olan tələbə yoldaşımız, gözəl nasir Abbas Talıbovdur. Abbas onda yataqxanada yaşamırdı, dərsə də gəlmirdi – diplom müdafiəsindəydi. Yeni il gecəsi hətta moskvalı tələbələr də axışıb yataqxanaya gəlirdilər. Abbas da çantasını çiyninə salıb gəlmişdi, bir-iki saat əvvəl liftdə birlikdə qalxmışdıq.

Yaxşı, qızı Abbas aparıb, bəs bizim 505-ci otağın qarşısına niyə toplaşırsınız, ay urus qardaşlar? Şeytan ölməyib ki! Kefiyuxarı uşaqlar başladılar növbəti 507-ci otağın qapısını döyməyə. O otaqda Elvira tək yaşayır və Allah bilir indi hansı otaqda, kimlərlə qeyd edir bayramı. Aha, Abbas da orada olub və otağın açarını Elviradan alıb gəlib girib ora! Nazik arakəsmə divarının bu üzündə mən yatıram, o biri üzündə Elvira, lazım olmayan məqamlarda bir-birimizin səsini eşidirik, hərdən tıqqıldaşırıq da...

Baba Vəziroğlu

Artıq real həyatla xəyallar aləmini qarışıq salıram. Bilmirəm, ən gözəl, ən yaddaqalan, sevincli, ümidli Yeni il bayramlarımı yuxuda yaşamışam, ya gerçəkdə?! Ona görə danışmağa, dilə gətirməyə, real həyatda baş verən olay kimi sizlərlə bölüşməyə qorxuram… Bir onu bilirəm ki, daha üzümüzə gələn yeni illər mənim üçün təqvim dəyişikliyindən başqa bir şey deyil… Bu qədər sadə və kədərli…

Şair Aqşin Yenisey:

"Ha fikirləşirəm Yeni illə bağlı heç bir xatirə filan yadıma düşmür. Görünür, bütün Yeni illərdə həmişə möhkəm vurmuşam ki, indi xatirə yoxsulluğu içində çapalayıram. Güclə xatırlayıram ki, hanısa ilan ilində Yeni il gecəsi restoranda naxçıvanlılarla dalaşmışıq. O da mənim içib əlimdəki plasmas ilanı sağa-sola fısıldatmağım ucbatından olub. Qonşu masadakı naxçıvanlı uşaqlar elə bimişdilər ki, bununla hansısa kriminal mesaj verirəm. Ən yadda qalan xatirəm o davadır. Sənin bu sorğularından sonra gərək həyatıma bir çəki-düzən verəm, bu gün sabah ölüb gedəcəyəm, bir dənə düz-əməlli adamkövrəldən xatirəm yoxdu.”

Yazar Sevinc Elsevər:

"Yeni illə bağlı xatirəm qəribədi. Mən rayonumuzdan şəhərə köçdüyüm il rayonda qalan sinif yoldaşlarım yeni il şənliyi keçirmişdilər. Qış tətilində rayona getmişdim, qızlardan biri ilə telefonda danışdıq. Dedi ki, video kaset Rəşad adlı oğlandadı. Ona zəng elə, sənə gətirsin bax sən də. Özüm o kasetdə olmasam da, baxmaq istədim. Bəlkə də maraqlı idi mənsiz necədi sinfimiz. Rəşada zəng vurdum , dedim ki, babamgildə qalıram, kaseti dəmiryolunun üstünə gətir, həm nə vaxtdı görüşmürük, görüşək. Həm də kaseti götürüm. Razılaşdı. 6-7 il məktəbə bir gedib bir gəlmişdik. Qonşumuz idi. Anası atamla bir sinifdə oxumuşdu. Kiçik qardaşı da qardaşımın sinif yoldaşı olmuşdu. Sinfimizdə dostluq etdiyim uşaqlardan idi. Rəşadı görəndə çox sevindim, əl görüşdük, kaseti aldım, uşaqları soruşdum. Elə ayrılırdıq ki, kiçik dayım peyda oldu hardansa. Sinif yoldaşıma qışqırıb vurmağa başladı. Pərt vəziyyətdə yazıq uşağı güclə dayımın əlindən aldım. Sonra evdə dava-mərəkə qopdu. Evə gəlib hər şeyi dağıdıb tökmüşdüm ki, sən məni pərt eləmisən. Utanıram sənin kimi dayım var. Sonra da qorxutdum ki, polisə gedəcəm. Getdim gizləndim. Hər yerdə məni axtarırdılar. Səslərini eşidirdim Çıxmırdım. Xalalarım, nənəm, babam,böyük dayım dəymişdi bir-birinə. Bağda qədim bir tut ağacının oyuğunda gizlənmişdim. Gəlib yanımdan keçir, məni görmürdülər. Böyük dayım polis idarəsinə gedib ki, məni tapsın. Bəlkə doğrudan şikayət eləməyə getmişəm. Nəhayət gizləndiyim yerdən yorulub çıxdım. Mənə dəhşətlə baxırdılar. O əhvalatdan sonra dayılarım fikirləşirdilər ki, Sevinc dəlidir, ona söz demək olmaz. Amma o hərəkətimlə dayıma bir növ üsyan eləmişdim. Köhnə fikirliliyinə, yersiz qısqanclığına qarşı çıxmışdım. O əhvalatdan sonra Rəşadı bir də tələbəlik dövründə gördüm. Üzr istədim. Dedim səni döydürdüm Yeni il kasetinin üstündə. Güldü, dedi boş şeydi. Dayına heç acığım tutmamışdı. Orda hamı belədi. Amma sizə deyim , o kasetə baxa bilmədim, nə də geri göndərə bilmədim. Hələ də məndədir. Bu yaxınlarda evi yığışdıranda rastıma çıxdı. İstədim baxam, indi də köhnə video pleyer yox idi. Kaseti Rəşada qaytarmalı idim. O əhvalatdan sonra üzüm gəlmədi Rəşadı bir də çağıram, bir də döydürəm.”

Oğuz Ayvaz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
Hamısı