"Əqrəb mövsümü" ən çox İZLƏNƏNLƏRDƏ BİRİNCİDİR - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

"Əqrəb mövsümü" ən çox İZLƏNƏNLƏRDƏ BİRİNCİDİR

Mədəniyyət A- A A+

"Əqrəb mövsümü" serialı ötən ay Azərbaycanda ən çox izlənilən film və seriallar siyahısında birincidir. 

Ednews xəbər verir ki, yanvar ayı ərzində “İctimai” TV-nin rəsmi “youtube” səhifəsində seriala 2 400 000 baxış olub.

Bu göstərici yerli istehsal olan filmə izləyici marağının yüksək olmasından xəbər verir .

Xatırladaq ki, son həftələrdə “Əqrəb mövsümü” serialı ölkədə böyük marağa səbəb olub. 2021-ci ilin yayından çəkilişlərinə başlanılan film bu ilin yanvarında İctimai TV-də yayımlanıb. Çox seriyalı bədii film dram, triller və detektiv janrlarını özündə birləşdirir. Gənc yazar Ceyhun Hidayətlinin “Əqrəb” kitabının motivləri əsasında çəkilən filmin rejissoru Emil Quliyev, ssenari müəllifi isə Azər Aydəmirdir.

Törə Zeynal 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...