Dahi bəstəkarın EŞQ MƏKTUBLARI - MƏTN

Mədəniyyət 13:00 29.09.2023

Motsartın və Haydın tələbəsi olan Bethoven tarixin ən yaddaqalan və sevilən bəstəkarları arasında yer alır.

Adı XIX yüzilliyə hakim olmuş Lüdviq Van Bethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnək olmuşdur. Onun haqqındakı araşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssas və əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar bir azadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassik ənənəni ifadə edir.

Özümü nə vaxt bədbin hiss etsəm, 9-cu Sinfoniyasını fasiləsiz dinləyər, mənəvi dünyamı hüzura çevirərəm. Ruhumuzu gözəlliklə məst edən bu insanın nəfəs kəsən məktub yazarlarından biri olmağı da heç təəccüblü deyil.

Bethoven həyatı boyu heç vaxt evlənmədi, fəqət 40 yaşında qələmə aldığı məktublarında "ölümsüz sevgili" olaraq sirli bir qadına dərindən aşiq olduğu aşkara çıxdı. Qadının gərçək kimliyi kitabların mövzusu oldu amma tarixçilər bu an üçün o qadının evli Antonie Brentano olduğunu güman edirlər.

Bethovenin bu "ölümsüz sevgiliyə" yazdığı və ona xitab edərkən almanca "sie" (rəsmi, siz) yerinə "du" (sən, səmimi) sözlərindən istifadə etdiyi bu məktublar onun şəxsi əşyaları arasında tapıldıb. Bu məktublar heç vaxt göndərilməyib, bu onların münasibətlərinin yasaq olduğu və əsla bərabər olmayacaqları gözəl və tragedik bir eşq hekayəsidir.

Bethovenin məktubları "Tarixin Ən Möhtəşəm 50 Eşq Məktubu" adlı kitabdadır.

5 İyul, 1812, Bazar günü qələmə alınan ilk məktubda Bethoven belə yazır:

"Mənim mələyim, mənim hər şeyim, böyük müqqədəratım, sənə yazdığım sözlər boşuna vaxt sərfidir. Niyə içimdəki bu kədər elə hey dillənir?! Görəsən, sevgimiz qorxuların arasında, heç nə tələb etmədən davam gətirə biləcəkmi?! De görüm, sənin bütünlüklə mənim olmadığını, mənimsə sənin olmadığını dəyişə bilərsənmi?

Ay Allah! Əgər bütünlüklə mənim olsaydın, bu acını az da olsa sən də hiss edərdin!

Şübhəsiz ki, bir-birimizi görməliyik, bundan başqa öz həyatımda apardığım müşahidələrimi sənə çatdıra bilmirəm.

Ürəyim sənə deyəcək sözlərlə doludur. Ah! Elə vaxtlar olur ki, danışmağın boş, əhəmiyyətsiz bir şey olduğunu düşünürəm. Şadlan, mənim həqiqətim, yeganə xəzinəm olaraq qal. Bütün varlığım sənindir. Allah bizim üçün yaxşı olacaq rahatlıq göndərməlidir.

Sənin sadiq sevgilin Lüdviq"

O günün axşamı Bethoven məstedici həsrətlə yanıb tutuşur:

"Necə bir həyatdı bu! İndi olduğu kimi! Sənsiz orada, burada qarşılaşdığım yaxşı niyyətlərlə dolu bir həyat-haqq etməyi umduğum qədər haqq etdiyim yaxşı niyyət- bir insanın digərinə hörməti-mənə acı verir-və özümü kainatın tam ortasına yerləşdirdiyimdə, mən nəyəm və o adam kim-bəzilərinin ən böyük adamlarından biri deyə adlandırdığı – və buna rəğmən-digər yandan bu adamda ilahi bir element var…

Məni nə qədər sevirsən sev – mənim sənə olan eşqim daha çoxdu, amma özünü məndən əsla gizlətmə-gecən xeyrə-Ulu Tanrım-çox yaxın!

Çox uzaq!

Bizim eşqimiz cənnətdə tapıla bilər…"

7 İyulun səhəri həsrətin yerini çarəsizlik əvəzləyir:

"Hələ də yataqda olmağıma baxmayaraq düşüncələrim sənə gedir, ölümsüz sevgilim, indi və sonra şən, daha sonra kədərli tale bizi eşidəcək mi deyə öyrənmək üçün - yalnız tamamilə səninlə yaşaya bilərəm, ya da heç yaşaya bilmərəm. Bəli, ən sonunda həqiqətən qollarına uçaraq səninlə evdəyəm dəyənə qədər səndən çox uzaqda gəzməyə qərarlıyam.

Ruhlar ölkəsində sənə sarılmış ruhumu göndərərəm. Bəli, təəssüf ki, belə olmalıdır. Sənə olan sədaqətimi bildiyin üçün daha çox pərişan olacaqsan. Başqa kimsə ürəyimə sahib ola bilməz, heç vaxt, heç vaxt.

Ah, ilahi, birini bu qədər sevən insan niyə sevdiyindən ayrı qalmalıdır ki. Və indi mənim həyatım çox alçaq bir həyatdır. Sevgin məni dərhal insanların ən xoşbəxti və ən bədbəxti edir. Bu yaşda sakit və nizamlı bir həyata ehtiyacım var. Münasibətimiz də belə ola bilərmi?

Mələyim, mənə poçt arabasının artıq hər gün getdiyini söylədilər. Bu üzdən məktubu bir an əvvəl atmalıyam ki, sən də bir an əvvəl alasan. Sakit ol, sadəcə mövcudluğumuzu sakit bir nəzərdən keçirməklə yanaşı yaşama məqsədimizə çata bilərikmi. Rahat (ya da sakit) ol. Məni sev. Bu gün, dünən, göz yaşları dolu həsrət, sənin üçün, sənin üçün, sənin üçün. Həyatım, hər şeyim, əlvida.

Məni sevməyə davam et. Heç vaxt sevginin ən sadiq ürəyini səhv qiymətləndirmə.

hər zaman sənin

hər zaman mənim

hər zaman bizim"

Türkçədən çevirdi: Oğuz Ayvaz

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Əraqçi hərbi əməliyyatların dayandırıldığına işarə edib YENİLƏNİB
05:08 24.06.2025
Ukrayna və Britaniya birgə PUA istehsal edəcəklər
04:25 24.06.2025
"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir"
04:02 24.06.2025
İran və İsrail atəşkəs imzalayacaqlar
03:58 24.06.2025
Skinuoker Rançda nələr baş verir?
03:53 24.06.2025
İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
Hamısı