"Umud Mirzayevin rəhbərliyi altında BAMF-ın "Three Zero Club"un aktivləşdirməsi təqdirə layiqdir. Biz istəyirik ki, bunun vasitəsilə biz gənclərə sizin vasitənizlə çağırış edək. BAMF-ın bu kluba olan diqqətinə görə təşəkkür edirik. Həmçinin BAMF-ın əməkdaşlarındanda Three Zero Club-na üzv olanlarda var"
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyevin təşəbbüsü ilə Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunus BAMF-ın Bakı ofisində baş tutan görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu sadəcə başlanğıcdır:
"Hazırda bizim 4000-ə yaxın Three Zero Klublarımız var və biz bunu daha da artırmağa çalışırıq. Biz kluba üzv olma yaşını minumuma endirmişik. Hətta 10-12 yaşında olan fərdlərdə kluba üzv ola bilər. Xüsusəndə gənclərin aktivliyi istədiyimiz məqsədlərə çatmaqda bizə kömək edir. Çünki ekoloji tikililərin olmamasə və bununla mübarizə üçün fikri fərqindəliyi ailələrinə və başqa insanlara daha doğru çatdıra bilirlər".
Xəyal Ramiz