İranda Pərəstu Əhmədi adlı gənc müğənninin karvansaraların birində hicabsız konsert verməsini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan 24 saat keçməmiş xanıma və konsertin təşkilatçılarına cinayət işi açılıb.
EDnews xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinə yaxın olan “Mizan” xəbər agentliyi məlumat yayıb.
Agentlik konserti qanunsuz adlandırıb və bildirib ki, P.Əhmədi ölkənin mədəniyyət qanunlarını pozub.
Rəy yazan bəzi istifadəçilər isə müğənninin bu addımını İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə edib və “bu dövrdə səhnəyə çıxmağın cəsarət tələb etdiyini” yazıblar.