Rabatda Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib

Mədəniyyət 13:28 21.02.2025

Fevralın 20-də Mərakeşin paytaxtı Rabatda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar litvalı kinorejissor Aleksandras Brokasın “Sonsuz dəhliz” (Endless corridor) filmi nümayiş etdirilib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək göstərdiyi filmin nümayişi Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi ilə bu ölkənin Audiovizual və kino peşəsi üzrə Ali İnstitutunun (ISMAC) birgə təşkilatçılığı ilə keçirilib.

“EDnews” xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov əvvəlcə Xocalı soyqırımına dair ətraflı məlumat verib, ermənilər tərəfindən törədilmiş bu qətliamın xalqımızın tarixində ən faciəli səhifələrdən biri kimi qaldığını qeyd edib. Səfir 30 ilə yaxın davam etmiş erməni işğalına 44 günlük Vətən müharibəsi nəticəsində son qoyulduğunu, Xocalı da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizə qayıdışın tam sürətlə davam etdiyini vurğulayıb. O, eyni zamanda, artıq 19 ölkənin və bir sıra beynəlxalq təşkilatların Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıdığını bildirərək, bu istiqamətdə fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası haqqında da məlumat verib.

Sonra çıxış edən “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Mohamed Fakiri Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun oynadığı əhəmiyyətli roldan bəhs edib.

ISMAC-ın direktoru Hakim Belabbes bu kimi tədbirlərin Mərakeş ictimaiyyətinin Azərbaycanın tarixinə, keçdiyi yola və üzləşdiyi çətinliklərə dair daha geniş məlumat almasına, xalqlar arasında körpülərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Rejissor A.Brokas dünyanın şahidi olduğu çoxsaylı insan faciələrindən birini əks etdirən bu filmin təkcə itkilər və iztirablar haqqında deyil, həm də insan ruhunun möhkəmliyini və barışığa olan ehtiyacını nümayiş etdirdiyini diqqətə çatdırıb. O, həmçinin 2014-cü ildə Britaniya Film Festivalında “Sonsuz dəhliz” filminin ilk dəfə beynəlxalq nümayişindən sonra bir sıra beynəlxalq mükafatlar qazanmasının və beş il ardıcıl olaraq nüfuzlu “Əl-Cəzirə” kanalında yayımlanmasının bu faciə ilə bağlı məlumatlılığın artmasına töhfə verdiyini qeyd edib.

Filmin nümayişinin ardınca rejissor A.Brokas xüsusilə kino peşəsinə yiyələnməkdə olan ISMAC-ın gənc tələbələrinin suallarını cavablandırıb, filmin ərsəyə gəlməsindən bəhs edərək, Xocalı faciəsinə dair əlavə məlumatlar verib.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı